İspaniyanın Barselona şəhərində ciddi təhlükəsizlik tədbirləri görülür.
Axar.az xəbər verir ki, aprelin 2-də "Barselona" "Real Madrid"lə qarşılaşacaq. Görüşə maraq olduqca böyükdür. Bu səbəbdən dolayı da "Nou Kamp" stadionunda və ətrafında təhlükəsizliyin təmin edilməsi üçün əlavə polis qüvvələri əraziyə gətiriləcək.
"Barselona"nın gələn həftə də "Atletiko Madrid"lə qarşılaşacağı nəzərə alınsa, şəhərin tam nəzarət altına alınacağı gözlənilir.
Qeyd edilir ki, azarkeşlər çantalarla belə stadiona buraxılmayacaqlar. Hər bir azarkeş ciddi şəkildə yoxlanıldıqdan sonra stadiona daxil ola biləcək.