Son zamanlar paytaxt Bakıdan və regionlarımızda yaşayan əhalinin sosial problemlərlə bağlı şikayətləri redaksiyamıza gəlməkdə davam edir. Bu günlərdə bölgələrimizdən gələn şikayətlərin çoxu Neftçala rayonunda yaşayan sakinlərdəndir. Vətəndaşların şikayətini araşdırdıqda isə məlum olur ki, Neftçala rayonunda məmur özbaşınalığı artıq pik həddə çatdığını söyləməyə əsas verir. Belə şikayətlərdən daha birini oxucuların diqqətinə çatdırırıq. Neftçala rayonunun Xol Qaraqaşlı kənd sakini Nağıyeva Sevil Ələsgər qızının redaksiyamıza göndərdiyi şikayət məktubunda "Azərenerji”nin Neftçala rayon üzrə rayon işıq idarəsinin əməkdaşlarının özbaşınalığından bəhs edilir. Şikayətçinin məktubunu olduğu kimi oxucuların diqqətinə çatdırırıq:
 
"Hörmətli redaksiya mən Nağıyeva Sevil Ələsgər qızı yazıb, Sizə bildirmək istəyirəm ki, Neftçala rayonunda 40 il Mədəniyyət evində müdir, sonra isə bədii rəhbər kimi əmək fəaliyyəti ilə məşğul olmuşam. Sonralar yaşlanıb, ayaqlarım tutulduğuna görə, öz evimdə Neftçala rayonunun Xol Qaraqaşlı kəndində yaşayıram. Rayonun bir çox kəndləri kimi bizim Xol Qaraqaşlı kəndinə qaz xəttləri çəkilsədə, təbii qazın istisinə kənd sakinlərinin heç biri qızına bilməyib.Səbəb isə qaz xətlərinin çürük və yararsız olmasıdır. Kənd sakinləri isə odunun 1 kub qiyməti baha olduğuna görə məcbur olub, evimizi elektrik peçləri ilə qızdırmağa məcburuq.
 
Amma son bir neçə ayda maddi imkanımız çətinləşdiyinə görə, 167 manat işığa borcumuz yarandı. Bu borcun müəyyən hissəsin ödəsəkdə, 117 manat borcumuz hələ də qalıb. Ancaq rayon işıq idarəsinin rəisi Vurğun Şirəliyev borca görə, Mirşəqulu kənd işıq idarəsinin işçilərinə tapşırıq verərək işığımızı kəsiblər. Artıq rayon işıq idarəsinin rəisi Vurğun Şirəliyev bu cür tapşırıqları ilə bizim canımızı boğazımıza yığıb. Təsəvvür edin bizim ailə bir neçə gün əvvəl qeyd olunan Novruz bayramında işıqsız qalaraq, lampa işığında qeyd etməli olduq. Həmin bayram günlərində oğlum Mirşəqulu kənd işıq idarəsinin işçılərinə borcdan 50 manat ödəsə də, işığımız hələ də bərpa olunmayıb.
 
Sonra oğlum Neftçala işıq idarəsinin rəisi Vurğun Şirəliyevə zəng edərək, işığın bərpa olunmasını xahiş etsədə, idarə rəisi oğluma əsəbi formada "Sən kimsən ki, mənə zəng etmisən?Elə etmə ki səni içəri atdırım.Əgər tezliklə borcunu ödəməsən sizi polisə verəcəm!” deyərək, bizə hədə-qorxu gəldi. Onu da qeyd edim ki, evimizdə yaşı 90-a yaxın olan xəstə anam var və işıqsız evdə ona qulluq etmək bizə çox çətinliklər verir. Hörmətli redaksiya bu problemlə bağlı "Azereneji”nin rəhbəri Etibar Pirverdiyevə məktub yazsaqda hələ də, bizə bir cavab gəlməyib. Buna görə Sizə və aidiyyatı qurumlara müraciət edərək, işığımızın bərpa olunmasında köməklik etmənizi xahiş edirik.”(nia.az)

1459289258_neftcala-isiq

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300