bitmap-img6

Bu gün axşam saatlarında Siyəzən rayonunun Yenikənd yaşayış massivi ərazisində yol nəqliyyat hadisəsi baş verib

 


APA -nın şimal bürosunun verdiyi məlumata görə,  1991-ci il təvəllüdlü Şabran rayon sakini Məlikov Adil Firuz oğlunun idarə etdiyi "Qazel” markalı yük avtomobili piyada Siyəzən rayon sakini 1962-ci il təvəllüdlü İsrafilova Nailə Həsən qızını vurub.
 
Nəticədə 54 yaşlı qadın müxtəlif dərəcəli xəsarətlər alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Qəzanın sürücünün ehtiyatsızlığı ucbatından baş verdiyi ehtimal edilir.
 
Faktla bağlı araşdırma aparılır.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300