Bakıda vətəndaşları aldatmağa çalışan kontur dələduzları yenə də iş başındadır.

"Qafqazinfo"ya müraciət edən vətəndaş bu gün axşam saatlarında ona 050-856-92-75nömrəsindən mesaj, daha sonra isə sözügedən nömrədən zəng gəldiyini qeyd edib. Zəng edən şəxs səhvən vətəndaşa 40 manatlıq kontur göndərdiyini və qaytarmasını xahiş edib. 

Dələduzun toruna düşən vətəndaş isə balansında olan 6 manatlıq konturu təcili sürətdə sözügedən nömrəyə göndərib. Daha sonra balansında kontur qalmadığını görəndə aldadıldığını hiss edib.

Məsələni öyrənmək üçün həmin şəxsə dəfələrlə zəng vursaq da, sözügedən nömrəyə zəng çatmayıb.

Qeyd edək ki, bu tip hadisələr dəfələrlə sadə vətəndaşların başına gəlib. Maraqlıdır ki, insanlar belə dələduzların toruna asanlıqla düşür. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300