İqdırda Qarabağla bağlı mühüm qərar- türklər ermənilərə qarşı birləşir…

 

1915-ci il hadisələri və Dağlıq Qarabağın işğalına qarşı ortaq mücadilə deklarasiyası imzalandı, ondan artıq təşkilat birgə mübarizəyə qərar verdi…

 

Türkiyənin İqdır vilayətində bir araya gələn ondan artıq təşkilat Türkiyədə baş verən 1915-ci il hadisələri və Dağlıq Qarabağın işğalına qarşı ortaq mücadilə deklarasiyası imzalayıblar. Ondan artıq təşkilat birgə mübarizəyə qərar verib. Bu barədə musavat.com-a İqdırda fəaliyyət göstərən Əsassız erməni soyqırımı iddialarına qarşı Mücadilə Dərnəyinin (ASİMDER) başqanı Göksel Gülbey məlumat verib. 

O, bildirib ki, noyabrın 9-da toplanaraq müzakirə aparan siyasi partiya, QHT, dərnək və həmkarlar birliklərinin təmsilçiləri Türkiyədə baş verən 1915-ci il olayları və Dağlıq Qarabağın işğalına qarşı birlikdə mücadilə, mübarizə aparmaq barədə yekdil qərara gəliblər: "Biz birlikdə mücadilə aparmaq barədə qərar qəbul etdik, deklarasiya imzaladıq”.

Onun sözlərinə görə, bununla bağlı ilk toplantısı bu ilin oktyabrında Azərbaycanın paytaxtı olan Bakıda, ikinci tədbir də noyabrda Türkiyənin İqdır vilayətində keçirilib. "Bakıda yapılan və 1915 olayları ilə Qarabağ işğalına qarşı birlikdə mücadiləni əsas tutan ilkin platformanın ikinci toplantısı İqdırda keçirilib. Toplantının ardınca "Güç olmaya və birlikdə mücadilə etməyə çağırırıq. İşgalı və iftiranı yenəcəyik”,- başlıqlı açıqlama yayımlanarkən, önümüzdəki günlərdə gerçəkləşəcək yeni bir toplantı ilə birlikdə mücadilənin istiqamətləri, hədəfləri, fəaliyyəti bəlirlənəcək, ortaq mübarizə hərəkətinin, hərəkatın adının açıqlanacağı bildirildi”,- deyə G.Gülbey qeyd edib. 

Bəyannamədə bildirilir: "1915-ci il hadisələri və Dağlıq Qarabağın işğalının sona çatması ilə bağlı çalışan, fəaliyyət göstərən bütün təşkilatlar bir araya gələrək birlikdə mücadilə etmək və daha güçlü bir ortaq diaspora yaratmaq qərarı aldıq. Ermənistan rəhbərləri və lobbisinin əli ilə dünya ölkələrində Azərbaycan və Türkiyəyə qarşı saxta təbliğat aparılır. İki qardaş ölkəni qaralamağa çalışırlar, siyasi basqılara məruz qoyurlar. Ölkələrimizə və millətimizin keçmiş tarixinə atılan iftiralara və  dünyanın gözü qarşısında törədilən qətliamlara, işğallara "Yox!” deyirik. Qətliam və işğala "Yox!”,- deyən milyonlarla insanımız illərdir meydanlarda və müxtəlif müstəvilərdə bu faktlarla bağlı mübarizədədirlər. Siyasi basqı və iftiralara qarşı qəti bir mövqe ortaya qoyublar. Atacağımız addımlarla bu iftira kampaniyalarına, haqsız işğala "Dur!”,- deməyə davam edəcəyik. Bu, Türkiyə və Azərbaycanın ortaq məsuliyyətidir. Bu məqsədlə faşist yönlü basqı və işgalçı zehniyyətə qarşı birləşirik. Gələcək nəsillərimizə təmiz keçmiş və torpaq bütünlüyü, parçalanmamış, bütöv bir ölke qoymaq borcumuzdur, bunun üçün mübarizə paarmalıyıq. Millətimizə qarşı həyata keçirilən qətliamların və bunu həyata keçirənlərin məhkəmə, qanun qarşısına çıxarılmasına çalışmalıyıq. Bunu edəcəyik. Gerçək tarixin və ermənilərin törətdiklərinin anladılması, həyata keçirilən qətliamların əslində imperialist oyun olduğunun vurğulanması, həmçinin bu qətliam və işğalların təkrar yaşanmaması üçün birlikdə mücadilə etmək üçün birgə iradə ortaya qoyduğumzuu elan edirik. Bunun üçün haqsızlığa, iftiraçı zehniyyətə, faşist və irqçi düşüncəyə qarşı birlikdə mücadilə etməyə və daha güclü bir diaspora qurmağa qərar verdik”.

Bəyannaməni Əsassız erməni soyqırımı iddialarına qarşı Mücadilə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey, Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı, CHP-nin İqdır bölgəsi başqanı İlhan Zor, İzmir-Azərbaycan Mədəniyyət Dərnəyinin İqdır təmsilcisi Hüseyin Kesemen, İqdırın keçmiş  bələdiyyə üzvü Şeref Iğdır, AKP-nin İqdır şöbəsinin keçmiş sədri Kurban Oluz, İqdır şairlər və yazarlar dərnəyinin idarə heyətininü üzvü Nizamettin Uca, İqdır Atatürk Məhəlləsi Sosial Yardımlaşma Dərnəyinin rəhbəri Mustafa Gürel, AFAD-SEN (zəlzələ və fövqəladə hallarla bağlı dövlət qurumu) İqdır bölgə şöbəsinin rəhbəri Mehmet Öztürk, EHLEDER (Əhlibeyt alimləri şöbəsininin) idarə heyətinin üzvü Zeki Tumay, 13-cü Bölgə Eczacılar İqdır bölgə təmsilcisi Nazım Karadağ imzalayıblar.

Röya
Musavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300