Rəhman və Rəhim olan Allahın adı ilə.

"(Ya Rəsulum!) Səndın içki və qumar haqqında sual edənlərə söylə: "Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət (dünya mənfəəti) vardır. Lakin günahları mənfəətlərindən daha böyükdür!"..." Əl-Bəqərə, 219.
"Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər və cünub (murdar) olduğunuz zaman-yol otən müsafirlər müstəsnadır-qüsl edənədək namaza yaxınlaşmayın..." Ən-Nisa, 43.
"Ey iman gətirənlər! Şərab da, qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!
Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?" Əl-Maidə, 90, 91
.
Gözəl Allahımın Öz nuru, Quranı vasitəsilə içki, şərab haqqında əmrləri bu üç ayede öz əksini tapır. Ayələrə nəzər salsaq, Allah kəlamları üzərində təfəkkür etsək, anlayarıq ki, Gözəl Rəbbim bizlərə içkidən birdən-birə uzaqlaşmağımızı əmr etməyib. Ən gözəl Sevgili bizi bizdən daha yaxşı tanıdığından, Yaradan yaratdığını bilməzmi, hər hansı pis vərdişdən birdən qurtulmağın bizlərə nə qədər çətin olduğunu, hətta çox zaman qeyri-mümkün olduğunu bizdən daha yaxşı bilir. Elə bu səbəbdən də şərabdan birdən-birə imtına etməyimizi bizdən tələb etmir, ayələrdən də göründüyü kimi bunu yavaş-yavaş, etap-etap etməyimizi buyurur.
İndi bir anlıq düşünək, ətrafımızda içkinin əsiri olmuş, lakin qəlblərində imanı, Allah sevgisi olan insanlara, əllərindən tutub bu günah bataqlığından qurtulmağa komək edə bilirikmi, yoxsa bir zərbəni də biz vururuq ki, batdıqca batsınlar?...
Eşidəndə ki, kimsə həm namaz qılır, həm də içki içir, yaxud həm namaz qılır, həm də insanı bihuşlandıran digər narkotik vasitələrdən istifadə edir, "ooo çox böyük gunah edir elə namaz qilmaqla", deyərək kəskin reaksiya veririk, "onsuz içkidən, narkotik vasitələrdən əl çekə bilməyəcək, heç olmasa namazdan uzaqlaşsın" deyə hökm də veririk. Allahın əvəzindən danışmağa, belə hökmlər verməyə kim ixtiyar verir bizlərə görəsən?... Niyə Allahsız hökmlər verməyə, Onun əvəzinə danışmağa, Onun qəzəbinə gəlməyə bu qədər həvəsliyik görəsən?...
Axı bizim möcüzə olan Quranımız var, Peyğəmbərimiz Muhemmed (əleyhis-səlatu-vəs-salam)-dan bizlərə miras qalmış və qiyamətə qədər qalacaq möcüzə. Niyə Quranlı ola-ola Quransız olmuşuq görəsən? Niyə Quran evlərimizin ən hündür, əl çatmayan yerlərində toz basan, hərdən öpüb gözümüzün üstünə qoyduğumuz, içində yazılanlardan xəbərimiz olmayan bir kitaba çevrilib gorəsən? Niyə bizləri bu qədər çox sevənin, sevgisindən yaradanın mesajlarını oxumuruq? Özu də bir kitab, cəmi bir kitab, Allahın yaratdığı bəndələrinin muəllifi olduğları onlarla kitabları oxumağa tənbəllik etmədiyimiz halda, ən gözəl Sevgilinin yeganə bircə kitabını, mesajlarını oxumağa tənbəllik edirik...
İçki, şərab ilə bağlı ayələrdən xəbərimiz olsaydi, cahilcəsinə Allahın qəzəbinə gələcək hökmlər verməzdik. Nə olur olsun namazı yox, şərabı, narkotik vasitələri atmağı məsləhət görərdik, həmin insanların pis vərdişlerindən uzaqlaşmasına namazın bir vəsilə olduğunu izah edərək. Allaha olan ibadətin, səcdənin, zikrin onların bu bəladan qurtarmasına bir vəsilə ola biləcəyini izah edərdik.
Söhbətimiz içkidən düşmüşkən "hacı pivəsi" adlanan içki növü ilə bağlı fikirlərimizi də sizlərlə boluşmek istədim. Həmin içkinin halal olması ile bağlı hökmlər verən insanların fikirlərinə tam eks düşüncəli biri olduğumu etiraf etməliyəm. Bir içkinin ki, adi "pivə"dir, onun tərkibində spirt sıfır faiz olsa da belə, halbuki gerçəkdə belə də deyil heç, o içkinin mənə şəfa olmaq ehtimalı olsa da belə, zəhər olsun daha yaxşı...
Kimi aldatdığımızı zənn edirik görəsən, bizə şah damarımızdan yaxın olan Allahı, yoxsa özümüzü? Zamanında Allah yəhudilərə şənbə günü baliq ovunu yasaq etməsinə baxmayaraq, onlar cümə günü axşamdan torlari suya atıb, bazar günü seher balıqlarla birlikdə çıxararaq Allahı aldada bildiklərini zənn etdiklərindən Allah da onları cəzalandırdı.
"Qadağan olunduqları işə (balıq ovuna) saymazyana münasibət bəslədikləri vaxt onlara: "Həqir (zəlil) meymunlar olun!"-deyə əmr etdik" Əl-Əraf, 166.
Spirtli içkinin insan orqanizminə olan zərəri elmi sübuta yetirilib artıq, yəni bu barədə mübahisə etməyə də dəyməz. Orqanizmə olan zərəri dedikdə fikirlərdə ilk olaraq qaraciyərə, onun serrozuna qədər gətirib çıxaran təsiri canlanır. Amma kaş ki, bu zərər daxili orqanlarla kifayətlənərdi. Spirtli içkinin sinir sisteminə, baş beynə olan təsirlərinə nezer salsaq, insanı insan edən beyninin sıradan çıxması ən böyük faciədir. Baş beyni təshkil edən hüceyrələr orqanizmdə yeganə hüceyrələrdir ki, zədələndikdə daha bərpa olmur. 10 il ərzində mütəmadi içki qəbul edən birinin 10 il bundan əvvəlki ağlı ilə indiki ağlını müqayisə edə bilsəniz anlatmaq istədiyimiz daha aydın olar sizlərə.
Beyni spirtli içkilərlə illərlə zəhərlənən insanların dünyaya baxışları, xarakterləri, davranışları, hətta danışıq tərzləri belə dəyişir. Bizlərdə əqli geriliyə səbəb olan bir zəhəri qəbul etməyə dəyərmi?...
Hz. Eli (ələyhissəlam) buyurmuşdu ki, "bir quyunun suyuna bir damla şərab axıdılsa və sonra o quyunun suyu qurudulub üzərində minarə ucaldılsa, mən o minarədən çıxıb azan vermərəm!".
Bu sözləri öz həyatımızla müqayisə etsək məncə düşünməyə dəyər, məncə həyatımızda kəskin dəyişikliklər etməyin vaxtıdır desək çox yanlış olar, vaxtın çoxdan keçdiyini desək daha doğru...
Ən Gözəl Sevgiliyə aşiq ola bilmək diləyi ilə...(agxeber.com)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300