Mingəçevir ərazisində 3-4 milyon il bundan əvvəl yaşadığı güman edilən nəhəng heyvana məxsus sümüklər aşkarlanıb. Aşkarlanan tapıntılar burada hələ buzlaşma dövründən öncə həyatın olmasına işarədir. 

 

Uluyol.info "Region TV"yə istinadən xəbərinə görə, Mingəçevir Dövlət Rəsm Qalereyasının müdiri Böyükkişi Vəliyev cənub filinə aid sümük qalıqlarını aşkarlayıb. Mingəçevir su anbarının kənar hissələrində axtarışlarını davam etdirən Böyükkişi Vəliyev 3 il ərzində eyni ərazidən filin diz sümüklərini, kürək sümüyünün böyük hissəsini, çənənin və dişlərinin bir neçə fraqmentini, başın tam hissəsi, onurğa sütununun bir fəqərəsini tapıb. Uzun müddət suyun altında konservasiyaya məruz qalan bu tapıntılar sonradan sahilə çıxıb. Böyükkişi Vəliyev həmin qalıqların aid olduğu cənub filinin keçmişdə burada yaşadığını söyləyir.

 

Onun sözlərinə görə, 2015-ci ilin oktyabr ayında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnistitunun mütəxəssisləri tərəfindən bu tapıntı üzərində tədqiqat aparılıb. Araşdırmaların nəticəsi də göstərib ki, sümüklər 3-4 milyon il bundan əvvəl yaşayan və 1-1,5 ton çəkiyə malik olan nəhəng cənub filinə aiddir.

 

Böyükkişi Vəliyev gələcəkdə bu istiqamətdə axtarışları davam etdirəcəyini və aşkarladığı bütün tapıntıları tarixi eksponat kimi muzeyə təqdim edəcəyini bildirir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300