milli-meclis1

Bu gün Azərbaycan Milli Məclisinin Aqrar siyasət Komitəsinin yaz sessiyası çərçivəsində növbəti iclası keçirilib.

İclasda Komitə sədri Eldar İbrahimov "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna dəyişikliklər layihəsini təqdim edib.

Layihəyə əsasən, məcəllənin 110-cu maddəsi tamamilə dəyişdirilib və yeni formada verilib. E.İbrahimov bildirib ki, məqsəd torpaq hüquqpozmalarına qarşı cəzanın sərtləşdirilməsidir. Dəyişikliyə əsasən, Torpaq Məcəlləsinin tələblərini pozmuş şəxslər Azərbaycanın Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Dəyişikliklə Cinayət Məcəlləsində torpaq qanunvericiliyinin pozulmasının hər bir konkret halına görə cəza nəzərdə tutulur.

İclasda aparılan müzakirələr zamanı Komitə üzvləri qanuna dəyişikliyin əsas məqsədinin istifadə edilməyən torpaqların monitorinqinin keçirilməsi, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, habelə idxaldan ixraca keçidin sürətləndirilməsi, ölkənin aqrar sahədə iqtisadiyyat hesabına büdcəyə, xalqa tövhə verilməsi olduğunu vurğulayıblar. Həmçinin, qanunun müzakirəsi zamanı qeyd edilib ki, boş qalan, qanunsuz zəbt edilən torpaqlar dövriyyə cəlb olunmalıdır. Qanuna ediləcək dəyişikliklər bu cür hallarla bağlı cəzanı nəzərdə tutur. Təyinatına görə istifadə edilməyən torpaqların monitorinqinin aparılması ilə yanaşı, həm də araşdırmalar planlaşdırılır. (report.az)


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300