Dünya Bankı, iqlim dəyişikliyi səbəbindən 2030-ci ilə qədər 100 milyondan çox insanın yoxsulluq təhlükəsi altında olduğunu açıqlayıb.

Dünya Bankının iqlim dəyişikliyi və bunun qlobal yoxsulluğa təsirləri ilə əlaqədar hazırladığı son hesabatında, gələcək 15 ildə iqlim dəyişikliyinin qlobal yoxsulluğu artıracağını   bildirib. 

Hesabatda, iqlim dəyişikliyinin xüsusilə kasıb ölkələrin başlıca dolanışıq və həyat qaynağı olan əkinçilik sektoruna, bundan dolayı qida təhlükəsizliyinə,  məşğulluq və ixracat gəlirlərinə də  mənfi təsir edəcəyi qeyd edilib. 

Hesabatda o da qeyd edilib ki, 2030-ci ildə , kənd təsərrüfatı məhsullarının istehsalının azalması Səhraaltı Afirka ölkələrində ərzaq qiymətlərini 12 faiz artıracaq. Bu isə gəlirlərinin  60 faizini ərzaq məhsullarına xərcləyən yoxsul xalqlara mənfi təsir edəcək. 

Proqnozlara görə, iqlim dəyişikliyi ən çox dünyanın ən kasıb bölgələri olan  Səhraaltı Afrika və Cənubi Asiyada yoxsulluq səviyyəsini artıracaq. 

Dünyada 100 milyondan çox insanın yoxsulluq həddindən də aşağı vəziyyətə düşəcəyini proqnozlaşdıran hesabatda, 2030-cu ilə qədər yalnız Hindistanda 45 milyon insanın yoxsulluq səviyyəsindən də aşağı vəziyyətə gələcəyi təxmin edilir.

Dünya Bankının məlumatlarına görə, 2012-ci ildə dünyada 896 milyon insan gündə 1,90 dollardan da az gəlirlə dolanarkən, bunların yüzdə 78 faizini Səhraaltı Afrika və Cənubi Asiyadakı yoxsul əhali təşkil edirdi.
 
 
 
 

Nərgiz LİFTİYEVA

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300