yenicag.az1111

Göyçay rayonunda qohumlar arasında baş verən dava bıçaqlanma ilə nəticələnib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə martın 29-da saat 16:00 radələrində Göyçay şəhərinin Mehdi Hüseynzadə küçəsində qeydə alınıb. Rayon sakini 1980-ci il təvəllüdlü Allahverdiyev Müşfiq Ağayusif oğlu ailə münaqişəsi zəmnində aralarında baş verən dava zamanı qaynı, Potu kənd sakini 1986-cı il təvəllüdlü İsgəndərov İlqar Əli oğluna döş qəfəsi və ayaq nahiyyəsindən 3 bıçaq xəsarəti yetirib.

Hadisə İlqar İsgəndərova məxsus məişət avadanlıqları mağazasının qarşısında baş verib.

Məlumata görə, hadisə zamanı Müşfiq Allahverdiyev şəxsi avtomobilindəki dəmir əşya ilə mağazanın şüşələrini də sındıraraq qaçıb. Hadisəyə İlqar İsgəndərovun Müşfiq Allahverdiyevin sabiq həyat yoldaşının qardaşı ilə aralarındakı ailə münaqişəsindən sonra boşanma üçün məhkəməyə müraciət etməsi səbəb olub. Ağır bədən xəsarətləri alan İlqar İsgəndərov təcili olaraq Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Hadisəni törədən Müşfiq Allahverdiyev tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Yenicag.az xəbər verir ki, Müşfiq Allahverdiyev Gömrük Komitəsinin əməkdaşlıq etdiyi Anar Allahverdiyevin qardaşıdır. Qardaşların adı bir müddət öncə də ailə-məşiət davası ilə bağlı gündəmə gəlmişdi.

A.Allahverdiyevin adı MTN-dən qovulan və həbs olunan cinayətkar qrupla birlikdə anılır. Qardaşların həbsxanada intihar edən əslən göyçaylı ləğv edilmiş MTN-in Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyevin vasitəsi ilə milyonlar sahibi olduğu və son illərdə gömrükdə MTN cəlladı Akif Çovdarovun adına broker işi gördüyü vurğulanır.(Yenicag.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300