Azərbaycan İslam Partiyası Pakistan xalqına baş sağlığı verdiAİP martın 27-də Lahor şəhərində çoxsaylı insan tələfatı ilə nəticələnən terora görə Pakistan xalqına başsağlığı verib

 

 Baş sağlığında deyilir.


Dost və qardaş ölkə kimi tanıdığımız Pakistan xalqına Lahor şəhərində baş verən və çoxsaylı insanların faciəli tələfatı ilə nəticələnən terrakta görə kədərləndiyimizi bildirir, bu amansız vəhşiliyi törədənləri, onları himayə edənləri lənətləyir, müsəlman Pakistan xalqına dərin hüznlə başsağlığı verir, yaralılara Allahdan şəfa diləyirik.


Biz Azərbaycanın müstəqilliyini ilk tanıyanlardan olan Pakistan xalqının vaxtilə erməni qəsbkarlarının və terrorçu dəstələrinin xalqımıza qarşı törətdikləri vəhşiliklər zamanı yaşadıqları acı hissləri yaşayır, dərdinizə şərik oluruq. Dünyanı lərzəyə gətirən bu qeyri-insani fəsadların ən faciəlisinin məhz Lahorda baş verməsi bütün müsəlmanları, həmçinin bizi də dəhşətə gətirmişdir. Baş verən terrordan daha çox körpə uşaqların tələf olması onu törədənlərin nə qədər amansız olmasının göstəricisidir.


Digər tərəfdən dildə terrora qarşı çıxış edən, amma Pakistanda baş verən bu ağır terraktın dinc ölkədə törətdiyi qanlı faciəyə görə gözlənilən reaksiyanı verməyən ölkələrin bu soyuq davranışı bizi təəccübləndirir. Müsəlmanları müharibə və terrorlarla üz-üzə qoyan güc mərkəzlərinin niyyəti bəllidir-müsəlmanları və İslam dövlətlərini zəiflətmək.


Hesab edirik ki, istər hər hansı bir terror hərəkatlarına və terroru yaradan səbəblərə, istərsə də bu ideologiyanı yaradan mərkəzlərə qarşı birgə mübarizə aparmaq üçün müsəlman birliyinə nail olmaq lazımdır. Bundan ötrü ilk növbədə İslam dininin əsl mahiyyətini öyrənməli, mənimsəməli, əməlimizdə ona itaət etməliyik. Guman edirik ki, azadlığımızı ancaq bu yolla əldə edə bilərik.


Biz Lahordakı faciə qurbanlarına Allahdan bir daha rəhmət diləyir, bütün Pakistan xalqına başsağlığı veririk. Allah rəhmət eləsin.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300