1451750144191

"Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir. Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır. Deyə bilərəm ki, əksər hallarda biz müsbət mənzərə görürük. Ancaq mənfi mənzərə ilə üzləşəndə tədbir də görülür, məmurlar cəzalandırılır. Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar.

Hər dəfə icra başçılarını işə təyin edərkən mən onlara öz sözlərimi deyirəm: Gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim. Hər yerdə belə olmalıdır. Çünki bir daha demək istəyirəm ki, Azərbaycanın inkişafı və ictimai-siyasi vəziyyətin müsbət istiqamətdə inkişafı bütün dünyada gedən böhranlardan asılı olmayaraq, bizim böyük sərvətimizdir”. Bu sözləri prezident İlham Əliyev ötən aylarda ki,  çıxışında bildirmişdir.

Qeyd edək ki, ölkə başçısının bu iradlarından sonra bəzi icra başçılarının gələcək karyerası üçün ciddi təhlükə yaranıb.Məlum olduğu kimi keçən günlərdə 3 icra başçısının işdən azad edilməsi kadr islahatlarının anonsunu verdi. Etibarlı mənbələrdən əldə etdiyimiz bilgilərə görə, xalqla yaxşı işləməyi bacarmayan və vəzifədən çıxarılması an məsələsi olan icra başçılarından biri də Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevdir. Nəzərinizə çatdırmaq istəyirik ki, adıçəkilən məmurun fəaliyyətindəki boşluqlar, rayonda yaşanan acınacaqlı vəziyyətlə bağlı mətbuatda dəfələrlə silsilə tənqidlər dərc olunub. Amma buna baxmayaraq, icra hakimi qanunsuz əməllərindən əl çəkmir ki, çəkmir. 

İsmayıl Vəliyev icra başçısı postuna təyin olunandan indiyə qədər yerli əhalinin ümidlərini doğrultmağı bacarmayıb. Belə ki, onun adı dəfələrlə müxtəlif maliyyə maxinasiyalarında, tender fırıldaqlarında, eləcə də sakinlərin heç bir səbəb olmadan incidilməsi ilə bağlı məsələlərdə hallandırılıb. Xatırladaq ki, bir müddət əvvəl Neftçala rayonunda müxtəlif işlərin həyata keçirilməsi məqsədilə elan edilmiş tenderlər vasitəsi ilə yüz minlərlə manatın mənimsənildiyinə dair sənədlər ortaya çıxıb. Yayılan məlumata əsasən icra başçısı İsmayıl Vəliyevin nəzarəti altında həyata keçirilən proses zamanı külli miqdarda vəsait təyinatı üzrə xərclənməyib. 

"Rayon mərkəzindən aralıda yerləşən kəndlərdə vəziyyət olduqca acınacaqlıdır. Kəndarası yolların böyük hissəsi istifadəyə yararsız hala düşüb. Mavi yanacağın, elektrik enerjisinin və içməli suyun fasilələrlə verilməsi insanlara əlavə problemlər yaradıb. İsmayıl müəllim camaatın problemini həll etmək əvəzinə, öz biznesini inkişaf etdirmək barədə fikirləşir. O Neftçalaya icra başçısı təyin olunanda maliyyə imkanları elə də geniş deyildi. Amma indi böyük sərvətə sahibdir.Prezidentin sonuncu dəfə 3 icra başçısını işdən azad etməsindən sonra Neftçala camaatında ruh yüksəkliyi yaranıb: "Yerli əhalinin böyük əksəriyyəti icra hakiminin işdən azad ediləcəyini səbirsizliklə gözləyir. Artıq Neftçala camaatı İsmayıl Vəliyevin özbaşına əməllərindən təngə gəlib. Onlar başçının qanuna sığmayan hərəkətləri haqda yuxarılara dəfələrlə şikayət məktubu ünvanlayıblar. İcra başçısının gələcək karyerası ilə bağlı yaxın günlərdə yekun qərarın veriləcəyi gözlənilir. İsmayıl Vəliyev yola salınmağa çox yaxındır”.

Nia.az - Bəhruz Əliyev 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300