surucu etiraz

Qusarda yerli sürücülərin iştirakı ilə şəhər avtovağzalında aksiya keçirilib.

Aksiyaya qatılanlar arasında avtobus, mikroavtobus və taksi sürücüləri olub. Onların sözlərinə görə, etirazlarına səbəb Nəqliyyat Departamentinin əməkdaşlarının davranışıdır. Etirazçılar onlardan əsassız olaraq pul tələb edildiyini deyiblər.

Sürücülər deyiblər ki, Departament qeyri-qanuni olaraq onlardan pul tələb edir, əvəzində isə onlara heç bir sənəd təqdim olunmur, pulun nə üçün alındığı izah edilmir. Bildirirlər ki, Departamentə həmişə pul ödəyiblər, indi yeni qurum olması barədə onlarda məlumat yoxdur.

Sürücü İsgəndər Muradov deyib ki, gün ərzində qazandığı vəsait ilə Departament əməkdaşlarının tələb etdiyi pulu ödəyə bilmir: "Yolları qazıb töküblər, orda gündə 8-10 manat pul qazana bilirik, Departament də gəlib pul istəyir! O pulu hardan verək?”

Aksiyanın keçirildiyi əraziyə Qusar İcra Hakimiyyəti (İH) başçısının 1-ci müavini Şahid Fərəməzov da gəlib. O, sürücülərlə söhbət edərək mövqeyini açıqlayıb. Bildiribi ki, sürücülər də, Nəqliyyat Departamenti də məsələni qanun çərçivəsində həll etməlidirlər: "Bizim də onların qarşısında qoyduğumuz məsələ ondan ibarət olub ki, yəni bu vətəndaş öz şəxsi nəqliyyat vasitəsində nəqliyyat xidməti göstərirsə, hansı vəsaitlər ödənilməlidi, hansı hesaba ödənməlidir. Konkret olaraq həmin hesabları bizə təqdim edə bilmədilər, dedilər ki, sonra gətirərik, gətirmədilər”.

Qusar İH-in rəsmisi məsələnin qurumun nəzarətində olduğunu, problemin hər iki tərəfin iştirakı ilə həll ediləcəyini deyib.

Nəqliyyat Departamentinə ünvanlanan ittihamlara Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı (DANX) Xidmətinin Quba regional şöbəsinin rəis əvəzi Ərəstun Məmmədsalahov münasibət bildirib.

O , sürücülərə bu barədə xəbərdarlıq etdiklərini, onlardan rüsumu prezidentin 15 fevral tarixli sərəncamına əsasən DANX rəisi Elnur Abdullayevin 15 mart tarixli əmri ilə təsdiq edilmiş qaydalara uyğun tələb edildiyini bildirib: "Hamısı – əmr də. sərəncam da burdadı, sürücülərə bu barədə deyilib, heç kim də artıq pul istəmir, istənilmir”. (ANS PRESS)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300