Azərbaycanda orta məktəb məzunlarının sayı azalıb
2015-ci ildə ümumtəhsil müəssisələrinin 88366 məzunu olub.

Virtualaz.org Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinə istinadən xəbər verir ki, son on bir ildə məzunların sayı 34742 nəfər azalıb: "Bu meyl artıq bir neçə ildir ki, müşahidə olunur. Son on bir ildə məzunların sayı 28.22% azalıb. Bu, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edənlərin sayında da özünü göstərir. Amma ötən illə müqayisədə məzunların sayı 3488 nəfər artıb".

Məlumata görə, 2015-ci ildə sənəd verənlərin 66.04%-ni ötənilki məzunlar təşkil edib: "Müqayisə üçün bildirək ki, 2010-cu ildə ali təhsil müəssisələrinə sənəd verənlər arasında həmin ilin məzunlarının nisbi payı 55.63%, 2011-ci ildə 58.39, 2012-ci ildə 58.84, 2013-cü ildə 60.66 və 2014-cü ildə 64.05% olub. Ali təhsil müəssisələrinə qəbul üçün ayrılmış yerlərin 31.24%-i I, 30.06%-i II, 24.55%-i III, 8.08%-i IV, 6.06%-i isə V qrupun payına düşür. Ötən illə müqayisədə plan yerləri I qrupda 0.67, II qrupda 4.56, III qrupda 4.13, V qrupda 5.04%-i artıb, IV qrupda isə 0.41% azalıb".

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300