Yaxın günlərdə jurnalist Xədicə İsmayıl, ReAl sədri İlqar Məmmədov və digər vicdan məhbusları sərbəst buraxıla bilər. Bu haqda "Basta”ya diplomatik korpusdan məlumat sızıb.

Məlumatda bildirilir ki, əvvəlcə jurnalist Rauf Mirqədirovun, sonra daha 14 vicdan məhbusunun, bu gün isə İntiqam Əliyevin həbsdən azad edilməsi ölkə başçısı İlham Əliyevin Amerikaya planlaşdırılan səfəri ilə əlaqədardır.

"İlham Əlyevin  ABŞ-dakı beynəlxalq konfransda prezident Barak Obama ilə şəxsən görüşməsi planlaşdırılır. Prezident Amerikada ona siyasi məhbuslarla bağlı irad bildirilməsini istəmir.  Ona görə, yaxın günlərdə Xədicə İsmayılın, İlqar Məmmədovun və digər vicdan məhbuslarının da sərbəst buraxılması plalnlaşdırılır”, – mənbə deyib.

Картинки по запросу vakil nemət kərimliBu xəbəri "Basta” üçün şərh edən vəkil Nemət Kərimli isə bildirib ki, əgər ortada siyasi iradə olarsa, vicdan məhbuslarının azad edilməsi üçün hansısa bayrama yaxud əfv fərmanına ehtiyac yoxdur: "Məsələn, İlqar Məmmədovun apelyasiya məhkəməsi qeyri-müəyyən vaxta təxirə salınıb. Appelyasiya Məhkəməsi istənilən gün şikayətə baxıb, onun azad olunması haqqında qərar çıxara bilər. Xədicə İsmayılla bağlı qərar isə Ali Məhkəmədə verilə bilər, çünki onun şikayətinə Ali Məhkəmədə hələ baxılmayıb. Nemət Kərimli qeyd edib ki, siyasi məhbuslar probleminin birdəfəlik həlli  ölkəmizin xeyrinə olardı.

"Fərəc Kərimlinin Ali Məhkəməyə şiakyətindən 4 aydan artıq vaxt keçsə də, bu müraciətə qanunsuz olaraq baxılmayıb, məhkəmənin günü hələ təyin olunmayıb. O, Ali Məhkəmənin qərarı ilə azad edilə bilər. Fuad Qəhrəmanlının hələ istintaqı yekunlaşmayıb, onun barəsində həbs qətimkan tədbiri istənilən gün dəyişdirilə bilər. İlkin Rüstəmzadənin, Seymur Həzininin və digər siyasi məhbusların azad olunması üşün də, hər hansı bir hüquqi maneə mövcud deyil”, – Nemət Kərimli deyib.

kramer"Mən ilk növbədə həbsxanada olmamalı adamların məhbəsdən buraxılmasına həmişə sevirinəm, amma Azərbaycan həbsxanalarında hələ də çoxsaylı siyasi məhbuslar qalır”. Bu sözləri isə Freedom House təşkilatının sabiq prezidenti və hazırda Con Makkeyn İnstitutunun insan haqları və demokratiya məsələləri üzrə direktoru David Kramer Amerikanın Səsinə bildirib.

"Siyasi məhbuslar Prezident Əliyevin ABŞ Prezidenti Barak Obama ilə görüşünün təşkil edilməsi üçün alver subyekti olmamalıdırlar,” deyən sabiq Freedom House rəhbəri İlham Əliyevin "oval ofisin həndəvərinə buraxılmamasına” və onunla ABŞ lideri arasında təkbətək görüşün olmamasına çağırıb.

Mustafa Hacıbəyli, bastainfo.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300