bitmap-img6

Vətəndaş 2 ildir ki, ailəsinin qanunsuz olaraq yardımdan məhrum edildiyini deyir

 


Salyan rayonu Çəngənd kənd sakini Salmanov Həsən Hüseynağa oğlu qanunsuz olaraq iki ildir ki, ünvanlı dövlət sosial yardım proqramından kənarda qaldığını deyir.

İndiyədək müxtəlif  orqanlara rəsmi şikayət edən vətəndaş, son çarəni KİV-ə müraciyət etməkdə görüb. infom.az-ın redaksiysında olan Həsən Salmanov başına gələnləri danışıb:

"Neçə illərdi ki, böyrək xəstəliyindən əziyyət çəkirəm. Həyat yoldaşım və 3 azyaşlı uşağımla birgə uçux-salxaq daxmada yaşayıram. Ünvanlı dövlət sosial yardımı almaq üçün dəfələrlə Salyan ƏSMM-ə müraciət etmişəm.

Fərdi və ailəvi surətdə Mərkəzin rəhbəri Ramil Salmanov tərəfindən qəbul edilmişik. Hər dəfə mənə bir sənəd gətirdir və deyirdi ki, gələn ay və yaxud da o biri ay yardım təyin ediləcək.

Bu ötən illərdə mən elə vaxtı keçən arayışları təzələməklə məşğul olmuşam.

Gördüm ki, bunlar süründürməçiliklə, hoqqabazlıqla bu yardımı vermək istəmirlər, məndə  mərkəzi icra hakimiyyəti orqanlarına şikayət etdim. İndiyədək etdiyim heç bir müraciətə cavab verilməyib.

Nə də dövlət adından əlimə bir parça kağız verməyiblər ki, bax bu səbəbdən sənə yardım düşmür. Amma baxıram çevrəmə, neftçilər, qızıl azlverçiləri, sələmçilər, xarici avtomobillərdə gəzənlər, topdağıtmaz mülkləri olanlar bu yardımı alır.

Əlimdə konkret faktlar var, şikayətimi dinləyən bir orqan olsa, hamısını təqdim edə bilərəm. Mənə yardım təyin edilməməyinin yeganə bir səbəbi var ki, o da idarə müdirinin marağını təmin etməməyim olub.”

Həsən Salmanov sosial yardım almaq üçün yeni qaydalara əsəsən sənədlərini aidiyyəti üzrə təqdim edəcəyini, eyni zamanda, ötən 2 ildə qanunsuz olaraq yardımdan məhrum edilməsinin araşdırılması tələbində qaldığını deyir:

"Bu, bürokratik əngəllərə və məmur özbaşınalığına görə ailəm iztirab və məşəqqətlər çəkib, sağlamlığıma zərər dəyib. Bu hesabı kimsə ödəməlidir. Eyni zamanda, imkanlı şəxslərə qanunsuz olaraq yardım təyin etməklə yüz minlərlə manat büdcə vəsaiti israf olunub. Bütün bunların sağlam şəkildə araşdırılmağına ehtiyac var. Mən bir şeyə təəccüb edirəm ki, Salyan ƏSMM-dən etdiyim şikayətlərə başqa orqanlar niyə baxmır? Doğrudanmı Ramil Salmanovun toxunulmazlıq statusu var???”




Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300