Qubada aşkarlanan tarixi abidələrin araşdırmaya ehtiyacı var - FOTO
 
Quba rayonunun Küpçal kəndi ərazisində aşkar edilən qəbirlər və ocaq yerlərinin araşdırılmasına ehtiyac var. Tapılan abidələrin eneolit dövrünə aid olduğu ehtimal olunur.

APA bildirir ki, iki il öncə Quba-Küpçal-Küsnət avtomobil yolunun genişləndirilməsi zamanı təsadüfən üzə çıxan bu abidələr bu vaxta qədər araşdırılmayıb. Bu səbəbdən abidələrin bir hissəsi məhv olub. Küpçal kənd tam orta məktəbinin direktoru, tarixçi Mömin Əliyevin sözlərinə görə, aşkarlanmış qəbir abidələrinin məhz eneolit dövrünə aid olduğunu deməyə əsas verən bir sıra özəlliklər var. 

Eneolit dövrü eramızdan əvvəl VI-IV minillikləri əhatə edir. Bu dövrə həm də mis-daş dövrü deyilir. Tarixçi bildirib ki, aşkarlanan abidələr burada yaşayan tayfaların dulusçuluqla məşğul olduğunu deməyə əsas verir. Lakin abidəyə tam tarixi qiymət verilməsi üçün daha dərindən araşdırılmasına ehtiyac var.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300