12 km piyada gedən sakinlər-işsizlik,qaz,işıq,su,yol problemi
Neftçala rayonu Yuxarı Qaramanlı kəndi rayon rəhbərliyinin nəzarətindən çıxıb.

Uluyol.info xəbər verir ki,Yuxarı Qaramanlı kəndində yol,işıq,su,qaz,marşurut  problemi hökm sürür.Xatırladaq ki, Yuxarı Qaramanlı kəndinə getmək üçün gərək ki,Kür çayını keçəsən.Buda sakinlər üçün olduqca problem yaradır.Kür çayı üzərindən vaxtı ilə körpü salınsada,amma bu sakinlərin yolunun qısalması demək deyil.Elə vaxtı ilə marşurut sistemi olan kənddə indi sakinlər 10-12 km məsafəni piyada gəlib,korpünü keçib Salyan -Neftçala magistral yoluna çıxırlar.Kəndin hər gün yaşayan əsas problemlərindən biri məhz marşurut sisteminin olmamasıdır.
Yuxarı Qaramanlı sakini Pərvin İsayev bildirir ki,"rayon rəhbərliyi bir marşurut ayırsın.Və o marşurut 30 dəqiqə qrafiki ilə kəndin sakinlərin korpüdən magistral yola çıxarsın.Yəni bir marşrut bu kəndə buraxmağa acizdirlərmi?! Ölkədə yaşanan böhran səbəbindən camaatın vəziyyəti olduqca pisdir.Hər gün bu yolu qət edənlər ya məcbur 5 manat gedib-gəlməyinə xərcləməlidir,bu da real deyil,ya da bir saat istidə,soyuqda piyada getməlidir."Şəkillərdəndə göründüyü kimi bu kənddə vaxtilə marşrut sistemi olub.
12 km piyada gedən sakinlər-işsizlik,qaz,işıq,su,yol problemi12 km piyada gedən sakinlər-işsizlik,qaz,işıq,su,yol problemi

Kəndin əsas problemlərindən biri də qazla bağlıdır.Yuxarı Qaramanlı kəndində qaz xətləri çəkilməsinə baxmayaraq ,hələdə evlərə qaz buraxılmayıb.Səbəb kimi işlərin tamalanmamasın bildirirlər.Hansı ki,tamamlanan yerlərdə sakinlərə qaz verə bilərlər ki,bu qışın soyuğunda isti yerləri olsun.Bu həm insanımıza xeyir olar,həmdə dövlətimizə.Büdcədə yaranan vəsait azlığın bəhanə edənlər,qaz çəkilən abonentlərə qaz verəcəkləri təqdirdə,işlənən qazın müqabilində qalan hissələrədə qaz xəttin tezliklə çəkmək olar.Bunun üçün Oksford qurtarmaq lazım deyil.Sadəcə İnsanlarımızı,dövlətimizi fikirləşib münasib olan şəraitdə xalqa xidmət göstərmək lazımdır.

Yuxarı Qaramanlının yol problemi uzun illərdir,həll olunacağı bildirilsədə,bu yönümdə müsbətə doğru addımlar atılmayıb.P.İsayev bildirir ki,hər seçki dönəmində az qala sən öl vuralar ki,seçin gəlib yolunuzu çəkəcik.Maraqlıdır neçə seçkidən sonra çəkiləcək?!Parklara milyonları tökməkdənsə gəlib bu yolları çəkmək lazımdır.Biz demirik bura asfalt döşənsin,ona hazırda büdcəmiz imkan vermir.Heç olmasa çınqıl daşlardan töksünlər.Uşağı məktəbə yola salanda təzə ayaqqabıların əlində aparır,özü botu ilə gedir.Məktəbdə buz kimi,hər sinifdə 10 şagird ola-olmaya".

12 km piyada gedən sakinlər-işsizlik,qaz,işıq,su,yol problemi12 km piyada gedən sakinlər-işsizlik,qaz,işıq,su,yol problemi
Uzun illərin yadigarı olan transformatorlar,istifadə müddətin çoxdan qurtarıb.Amma sakinlərin bildirdiyinə görə hər dəfə təmir edib,istifadəyə buraxırlar.Qırıq-qırıq olan naqillər yüksək cərayan olduqda qığılcım yaradır.İşıq dirəkləridə olduqca təhlükəli hala gəlib.Beləki dibi boşalan dirəklər hər an aşa bilər.Bir qədər külək olanda sakinlər şam,lampa tədarükü görürlər.İşığın tez -tez sönməsi burada adi hala çevrilib.

Burada evlərə fərdi borular vasitəsilə su gəlmir.Dədə-baba üsulu ilə arxlar vasitəsilə həyətyanı sahələrin suvaran kəndlilər,əkin sahələrin suvararkən,müəyyən çətinliklərlə qarşılaşırlar.Beləki,Kür çayından fantonlarla vurulan suyu Kürün məcrası ilə nizamlanır.Kür çayının daşıb-yatması zaman-zaman problem mənbəyi olaraq qalmaqdadır.Əkin sahələrin suvaran kəndlilər,sahədə qalan qrunt sularından əziyyət çəkirlər.Vaxt-vaxtında qazılmayan kollektorlar səbəbindən əkin sahələrində sular yığılıb qalır.Mövsümü suvarma zamanı yay aylarına təsadüf etdiyindən bu zaman isti hava şəraiti sahədə qalan suyu qızdırır və suyun altında qalan məhsulu yandırır.Sakinlərin bildirdiyinə görə son illər bu səbəbdən məhsuldarlıq xeyli aşağı düşmüşdür.Bəzi fermerllər bu səbəbdən yayda sahəni suvarmırlar.Qış aylarında yağan yağışla keçinirlər.Reginoların içməli suya olan tələbatının ödənilməsi dövlət proqramına aid olan su təmizləyici qurğular tamamılə işləmir.Həyətyanı sahələrdə yığılan qrunt suları bu torpaqlarda əkib-becərməyə problem yaradır.Sakinlərin bildirdiyinə görə qrunt suları olmayan vaxtlarda nəinki,rayon bazarların,hətta paytaxt bazarlarına da göy-göyərti,tərəvəz yollayırdıq.Buda sakinlərin büdcəsinə xeyir gətirirdi.        12 km piyada gedən sakinlər-işsizlik,qaz,işıq,su,yol problemi
12 km piyada gedən sakinlər-işsizlik,qaz,işıq,su,yol problemi12 km piyada gedən sakinlər-işsizlik,qaz,işıq,su,yol problemi

Xatırladaq ki,Yuxarı Qaramanlı kəndi maldarlıq və əkinçilklə məşğul olur.Ölkənin mövcud durumu ilə bağlı büdcəyə xeyir verəcək kəndlərimizdən olan Yuxarı Qaramanlı diqqət tələb edir.Bu diqqəti adiyyatı orqanlar,bələdiyyə,kənd icra nümayəndili,rayon rəhbərliyi tərəfindən olmalıdır.Uluyol.info olaraq ümid edirik ki,gələn dəfə bu kəndin qonağı olarkən sadaladığımız problemlərin həllin tapacaq


12 km piyada gedən sakinlər-işsizlik,qaz,işıq,su,yol problemi12 km piyada gedən sakinlər-işsizlik,qaz,işıq,su,yol problemi12 km piyada gedən sakinlər-işsizlik,qaz,işıq,su,yol problemi
 
Bayram günləri olduğu üçün problemlərlə bağlı adiyyatı qurumların mövqeyin öyrənə bilmədik.Qarşı tərəflərində mövqeyin dərc etməyə hazırıq.

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300