publika.az1459063680vasif-Suriya parlamenti

Ermənilər bu il aprelin 13-də Suriyada keçiriləcək növbəti parlament seçkilərinə ciddi şəkildə hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın Livandakı diaspor təşkilatının rəhbəri Qagik Harutyunyan məlumat verib.

O, etiraf edib ki, son illər Yaxın Şərqdə, eləcə də Suriyada mövcud olan erməni diasporu iflasa uğrayıb. Onun sözlərinə görə, Suriyada Bəşər Əsədin təmsil olunduğu hakim partiya ilə ciddi danışıqlar aparılır:

"Uzun illərdir ki, Suriya parlamentində cəmi bir nəfər erməni millət vəkili təmsil olunurdu. Ancaq indi Bəşər Əsədin partiyası bizə yaxından dəstək verir. Aprelin 13-də keçiriləcək seçkilərdə ən azı 3 erməninin Suriya parlamentinə düşəcəyini gözləyirik. Bunlar Vahe Mahşikyan, Erato Qriqoryan və Nora Arisyandır”.

Qagik Harutyunyan əlavə edib ki, Ermənistan dövləti Bəşər Əsədin hakimiyyətini dəstəkləyir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300