Əsrin dörddə biri qədər müstəqillik tariximiz var. Nə yazıq ki, 80-ci illərin sonu və 90-ların əvvələrini istisna etsək millət kimi formalaşma və millətləşmə prosesində iki onillikdir "ağır travmalar" yaşamaqdayıq. Hələ də tayfa təfəkkürü, hələ də regionçu düşüncə, hələ də fərdiyyətçilik

Soydaşlarımızın yaşadığı hər nöqtədə də qalaq qalaq problemlər əhatəsindəyik.
Bunlar azmış kimi bir də "Dövlət tərbiyəsi" sindromu yaşayırıq. Millət olaraq milli hakimiyyətdən məhrum olduğumuz üçün yaşadıqlarımız toplumun hər bir fərdində aşkar şəkildə öz təsirini buraxmış, kinli, ədalət hissini itirmiş, yalnız fərdi hisslərlə yaşayan, korporativ maraqların girovuna düşmüş bir cəmiyyətlə qarşı qarşıyayıq. Ədalətsiz hakim, vicdansız məmur, qərəzli jurnalist, rəhmsiz həkim, rüşvətxor müəllim, kobud hərbçi.. Sonucda rəhmsiz, ədalətsiz, fərdiyyətçi bir toplum!

Qarşılaşdığımız tablonu tanınmış fransız psixoloqu Mişel Fukonun "Hər cəmiyyətdə dəliliyi təyin edən hakimiyyətlərdir" ifadəsilə təsvir edib sonuc almaq mümkündür. Şübhəsiz siyasi hakimiyyətlərin insanların tərbiyə olunmasında təsiri danılmazıdr. Amma ədalət hissini itirən fərdlərin formalaşdırdığı toplumların sağalması üçün siyasi quruluşların dəyişməsi də nəticəsiz qalır.
Əgər özümüzdən başlayaraq dəyişə biləriksə, o zaman dəyişdirə də bilərik.

Millət olma çabası göstərənlərə sayqılarla

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300