Latın qrafikalı Krım-tatar əlifbasının təqdimatı olacaqBu günlərdə Krım tatarlarının taleyi və türk-müsəlman dünyası üçün tarixi hadisə gözlənilir.

Bu barədə məlumatı  "Basta” -ya layihənin rəhbəri  , həmyerlimiz Elxan Nuruyev verib.

Martın 29-u, saat 12-də Ukrayna Elm və Təhsil Nazirliyinin kollegiya zalında geniş ictimaiyyətin; nazirlər, deputatlar, parlamentin komitə sədrləri, Krım-tatar xalqının liderləri, diplomatlar və s. iştirakı ilə latın qrafıkalı Krım-tatar əlifbasının qəbulu ilə bağlı son dinləmələr və bu əlifbanın təsdiqi mərasimi olacaq.

Ukrayna televiziyalarında canlı yayımlanacaq bu  mərasimdə ölkənin Elm və Təhsil naziri Sergey Kvit təhsildə Krım-tatar latın qrafikası əlifbasına keçid barədə sənədi imzalayacaq. Bundan sonra sözügedən sənəd Nazirlər Komitəsində təsdiq olunmaqla bütün sahələrə şamil olunacaqdır .

Diqqətəlayiq haldır ki, Krım-tatar əlifbasına keçidlə bağlı hökumət işçi qrupuna və təqdimat mərasiminin təşkilinə Ukraynadakı nüfuzlu soydaşlarımızdan biri – Ukrayna Elm və Təhsl nazirinin müşaviri Elxan Nuriyev rəhbərlik edir.

Tədbirin aparıcısı da Elxan Nuriyev olacaq .

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300