"Saatı bir saat geri çəkdilər" (ŞEİR)

Saatı bir saat geri çəkdilər,
Vaxta öyrəşənlər gec qalacaqlar.
Rüşvəti bir saat əvvəl alanlar,
Rüşvəti bir saat gec alacaqlar.

Saatı bir saat geri çəkdilər,
Qəfil ağlayacaq güləsi adam.
Yıxılıb bir saat əvvəl öləcək,
Bir saatdan sonra öləsi adam.

Saatı bir saat geri çəkdilər,
Sanmayın göy yeri bağışlayacaq.
Baş-beyin aparan teleşoular,
Axşamlar bir saat tez başlayacaq.

Əqrəblər fırlandı üzü geriyə,
Sanki orbitindən yeri çəkdilər.
Saatın özüylə razılaşmamış,
Saatı bir saat geri çəkdilər,

Saatı bir saat çəkdilər dala,
Ürəklər həsrətdən odlanacqdır.
Vədə verdikləri bir ilk vüsala,
Sevənlər bir saat yubanacaqdır.

Bir saat uzandı ömrü bir ilin,
Ümidsizlər ümid qazanacaqdır.
Ölüm hökmü almış neçə qatilin,
Ömürü bir saat uzanacaqdır.

Əqrəblər bir saat gecikdirəcək,
Kiminsə qanına batan əlləri.
Yubanıb bir saat bəd adamların,
Təxirə düşəcək bəd əməlləri.

Saatı bir saat geri çəkdilər,
Dan yeri şəfəqə gec boylanacaq.
Qəflət yuxusundan, deməli, qardaş,
Bu millət bir saat gec oyanacaq.

 

 

 

 

 

 

 

 

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 Mərhum şair-Vaqif CƏFƏRLİ

 


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300