Ukrayna XİN-i: Savçenko yaya kimi vətəninə qayıda biləcəkUkrayna XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Dmitriy Kuleba bildirib ki, Rusiyada 22 il həbs cəzasına məhkum olunan ukraynalı pilot Nadejda Savçenko yaya kimi vətəninə dönə biləcək. APA-nın məlumatına görə, bu barədə "Dojd” telekanalı məlumat yayıb.
 
"Əgər hər şeh normal getsə, düşünürəm ki, yaya kimi Savçenko qayıda biləcək”, - deyə Kuleba bildirib.  
 
Onun sözlərinə görə, Ukrayna XİN-i Savçenkonu Ukraynada həbs olunan rusiyalı hərbçilər Aleksandr Aleksandrov və Yevgeni Yerofeyevə dəyişməyə hazırdır.  
 
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ukraynalı pilot Nadejda Savçenko məhbusdur və Vladimir Putinin onun barəsində qərar verməyəcəyi təqdirdə, o cəzasını çəkməkdə davam edəcək

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300