Lənkəranda 4 nəfərin öldüyü küçənin sakinləri aksiya keçirib - FOTO
Sakinlər avtomobillərin sürətlə hərəkət etməsindən narazıdırlar.

Lənkəranda SU-8 yaşayış massivi deyilən ərazinin 200-dək sakini etiraz aksiyası keçirib. 

Report-un xəbərinə görə, aksiyaya toplaşanlar yaşadıqları ərazidə avtonəqliyyat vasitələrinin sürətlə hərəkət etməsi səbəbindən tez-tez yolda qəza hadisələrinin baş verdiyini bildiriblər.

Belə ki, "Şəhidlər Xiyabanı” küçəsində son 10 gün ərzində bir neçə yol qəzasında azı 4 nəfər ağır xəsarət alıb. Bu ərazidən təxminən 200 metr aralıda martın 23-də baş verən sonuncu yol qəza hadisəsində vurularaq dünyalarını dəyişən 4 nəfərin hamısı SU-8 massivinin sakinləri olub.

Bu küçə avtomobillərin sürətlə idarə olunduğu əsas yoldur. Bu ərazidə uşaq baxçası, iki məktəb və şadlıq sarayının olması, şəhərlərarası avtovağzala çıxışın da bu yolun üstündə olması gün ərzində hərəkətin intensivliyini artıran səbəblərdir.

Zərərçəkənlərin qohumlarının da iştirak etdiyi aksiyada, əsas tələblər işıqforların quraşdırılması, piyada keçidinin tikilməsi, yolda sürətin azalmasına xidmət edən maneələrin qoyulması olub.

Rəsmi şəxslər tərəfindən aksiya iştirakçılarının fikirləri dinlənilib. Zəruri tədbirlərin görüləcəyi bildirilib.



Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300