http://milletinsesi.info/uploads/posts/2016-03/1458999468_neftala-rusvet1jpg.jpg
Ölkəmizdə hər il olduğu kimi bu ildə bayram günlərində təhsil ocaqlarında və baxçalarda valdeynlərdən bayram şirinlikləri yığılması ilə bağlı xəbərlər yayılmaqdadır. Bu günlərdə redaksiyamıza Neftçala rayonunda fəaliyyət göstərən Vidadi Həmidov adına 3 saylı dövlət uşaq baxçası -körpələr evindən şikayət məktubu daxil olub. Şikayət məktubunda Quliyeva Xoşqədəm İdris qızı 3 saylı uşaq baxçasında yığılan rüşvətdən narazılıq edir.
Məktubu olduğu kimi oxuculara təqdim edirik:
 
"Mən Quliyeva Xoşqədəm İdris qızı uzun müddət Neftçalada yaşayan sakin kimi qeyd etmək istəyirəm ki, keçən ilin avqustunda qızımı Neftçala rayonunda fəaliyyət göstərən Vidadi Həmidov adına 3 saylı dövlət uşaq baxçası -körpələr evinə qoymaq istəsəmdə baxça müdiri Qardaşova Çinarə xanım məndən şirinlik pulu kimi 150 manat rüşvət istədi. İlk əvvəl bu qədər məbləğə gücüm çatmadığını bildirdim və sonra Çinarə xanım mənə ayda 50 azn verəcəyimi bildirərək qızımı baxçaya gəlməsinə razılaşdı. Bir neçə ay keçəndən sonra eşitdim ki, baxçada hər bayram üçün uşaqların valdeynlərindən 20 azn pul yığırlar. İlk bayrama Yeni il şənliyini üçün 20 azn verdim. Daha sonra baxça tərbiyəçilərindən biri (adını açıqlamırıq çünki işdən çıxarıla bilər-red.) mənə zəng edib dedi ki, bəs Çinarə xanımın ad günü üçün hər uşaqdan 25 azn pul yığılır. Bildirim ki, baxçada 100 uşaq tərbiyə olunur. Onu da qeyd edim ki, Qardaşova Çinarə Vidadi Həmidov adına 3 saylı dövlət uşaq baxçasına başçı tərəfindən 2013 cı ilin may ayında təyin edilib və rayonda deyilənlərə görə 25 yaşlı Çinarə xanım bu vəzifəyə təyin edilməsi üçün Neftçala icra hakimiyyətinə 5000 manat rüşvət verib. Bu ayın martın 8 də isə yenə baxçada bayram üçün 20 azn verdim və Çinarə xanımla görüşüb buna son qoyulmasını istəyəndə baxça müdiri mənə gülümsəyərək bildirdi ki, mən kiməm ki, səndən pul istəyəm? Bunu bizdən icra hakimiyyəti istəyir, sözünü get başçıya de! Burda işləməm üçündə mənə nə deyirlərsə onu etməliyəm. Daha sonra mən bu barədə şikayət edəcəyimi bildirsəmdə, Çinarə xanım "get kimə deyirsən de” deyərək, baxçanın yazılmamış qanunlarına əməl etməyimi dedi. Çinarə xanım onu da bildirdi ki, əgər kiməsə baxça barədə şikayyət etsən birdə uşağını bura gətirmə! Qeyd edim ki, Çinarə xanımla bu söhbətimdən sonra məcbur olub, baxçada baş alıb, gedən rüşvət yığımına tamaşa edim. Hörmətli, redaksiya Sizdən xahişim odur ki, bu məsələni saytınızda verib, baxçadakı rüşvət oyunundan hamı agah olsun və buna son qoyulsun.”
Xəbər portalı olaraq, şikayətçinin məktubunu olduğu kimi verdik və bu barədə Neftçala icra hakimiyyəti ilə, rayon təhsil şöbəsilə əlaqə yaradıb, mövqelərin öyrənməyə çalışsaqda bayram günü və qeyri-iş günü olduğu üçün istəyimiz alınmadı. Ancaq məsələ ilə bağlı qarşı tərəfində mövqeyin verməyə hazırıq. Yəqin ki, bu yazıdan sonra baxçada rüşvət yığımına son qoyular, əks halda bununla bağlı araşdırmamız davam edəcək.(milletinsesi.info)
 
Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300