Güney Azərbaycan türkləri etirazlara başladı - təhqirə cavab - EKSKLÜZİV FOTOLAR (Yenilənir)
 
İranın dövlət televiziyasında yayımlanan "Fitilə” adlı verilişdə Azəbaycan türklərinin təhqir edilməsi ilə bağlı bu gün Tehranda və Güney Azərbaycanın bir sıra şəhərlərində kütləvi etirazlar keçirilib.

Musavat.com-a daxil olan məlumata görə, xüsusilə Urmiya və Təbriz universitetlətinin tələbələri, iş adamları, milli fəallar, müxtəlif təbəqədən olan azərbaycanlıların iştirak edəcəyi etiraz aksiyasına bu gün günorta saatlarından sonra start verilib.

Qeyd edək ki, noyabrın 6-da dövlət telekanalının uşaqlara məxsus "Fitilə” adlı proqramda türklərin təhqir edilməsi ilə bağlı bir neçə siyasətçi, millət vəkilləri təkid edərək, İran televiziyasının türklərdən üzr istəməsini tələb ediblər. Bundan sonra televiziya üzr istəsə belə, etirazları səngitmək mümkün olmayıb. 

Təbrizdən millət vəkili Məhəmməd İsmayıl Səidi isə məsələ ilə bağlı mətbuata açıqlamasında bildirib ki, İran telekanalında türklərin təhqir edilməsi qəsdən həyata keçirilib. 

Xatırladaq ki, noyabrın 6-da İran televiziyasının 2-ci kanalında yayımlanan "Fitilə” adlı verilişdə diş fırçası ilə tualet fırçası arasındakı fərqi bilməyən, dişlərini tualet fırçası ilə fırçaladığı üçün ağzı qoxuyan bir türk uşağı təsvir edilib. Veriliş fars dilində olsa da, bəzi bölümlərində türkcə dialoqlar da yer alıb.

Güneydə baş verən hadisə Bakıda da təsir oyadıb. Bütöv Azərbaycan Ocaqları bununla bağlı bəyanat yayıb. Bəyanatda deyilir: 

"Bu gün – 9 noyabr tarixində Güney Azərbaycan Milli Hərəkatı Güney Azərbaycanın müxtəlif şəhələrində İran rejiminin şovinist siyasətinə qarşı kütləvi etiraz aksiyalarına start verib. Bu dəfəki aksiyalara səbəb üç gün öncə İranın "Kanal-2” telekanalında növbəti dəfə Azərbaycan türklərinin kobud şəkildə təhqir edilməsi olmuşdur.

Biz Bütöv Azərbaycan Ocaqları olaraq şovinist İran rejiminin qeyri-fars xalqlarına qarşı apardığı assimilyasiya siyasətini kəskin şəkildə pisləyir, soydaşlarımızın öz milli haqları uğrunda bu rejimə qarşı apardığı milli mübarizəni alqışlayır, dünya dövlətlərini və beynəlxalq təşkilatları bu mübarizəyə dəstək verməyə çağırırıq".

Musavat.com xəbər verir ki, aksiyanın şüarları belədir: " Haray, haray mən türkəm", "Azərbaycan əyilməz, türkün beli bükülməz", "Azərbaycan var olsun, istəməyən kor olsun". İrandakı mənbələr iddia edirlər ki, təkcə Təbrizdə 10 000- ə yaxın insan etirazlara qatılıb.

Polis aksiyaçılara qarşı rezin güllə və plastik dəyənəklərdən istifadə edir. 


Xalidə Gəray,
Musavat.com








 











Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300