heccziyareti

Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu və səfərin təşkilinin vaxtı ləngiyir.

Virtualaz.org Qafqaz Müsəlmanları İdarəsinin məlumatına istinadən xəbər verir ki, buna səbəb hələ də Səudiyyə Ərəbistanı ilə ziyarət qiymətləri barədə tam razılığa gəlinməməsidir.

Buna görə də, ziyarətlə bağlı sənəd qəbulunun ən gec halda mart ayının ortalarınadək elan olunacağı açıqlansa da, artıq bu tarix aprelin ortalarına keçirilib.

Xatırladaq ki, ötən il də əvvəlki illərdən fərqli olaraq ziyarətin təşkilinə başlanılması bir qədər gec – martın 10-da elan olunub (əvvəlki illərdə fevralın 10-dan gec olmayaraq sənəd qəbulu elan olunurdu) və ötən il ilk dəfə olaraq ziyarət xərcləri ABŞ dolları ilə hesablanıb.

Qeyd edək ki, bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az – 1500 nəfər müəyyənləşib. Ötən Həcc ziyarəti zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 5750 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 4700 dollar olub. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. Ötən il həm də Həcc ziyarəti kütləvi insan ölümü ilə nəticələnən hadisələrin baş verməsi ilə də yadda qalıb. Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300