Neftçalada ağır qəza: 1 ölü, 2 yaralı
Neftçalada 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.   
 
APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə Salyan-Neftçala avtomobil yolunun Xıllı qəsəbəsindən keçən hissəsində qeydə alınıb.  
 
Neftçala rayon polis şöbəsinin müstəntiqi Məlahət Mehdiyeva idarə etdiyi "Mercedes” markalı avtomobillə hərəkətdə olarkən "Kamaz” markalı avtomobillə toqquşub.   Avtomobil alovlanmağa başlayıb. Hadisə yerinə FHN-nin Neftçala yanğından mühafizə hissəsinin yanğınsöndürən maşını və təcili yardım maşını cəlb edilib.
 
Qəza nəticəsində "Mercedes”sin sürücüsü sıxılmış vəziyyətdə qaldığından sükan arxasında dünyasını dəyişib. Yolun kənarına aşan "Kamaz”ın sürücüsü, Salyan sakini, 1989 –cu il təvəllüdlü Əliyev Nahid Zəkulla oğlu və salondakı sərnişin, Bakı sakini, 1963-cü il təvəllüdlü Məmmədov Qabil Hüseyn oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Neftçala rayon xəstəxanasına yerləşdiriliblər. Hazırda meyitin avtomobildən çıxarılması istiqamətində tədbirlər həyata keçirilir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300