İŞİD terror təşkilatının iki nömrəli lideri olduğu bildirilən Hacı İmam ABŞ hərbçiləri tərəfindən öldürülüb.
Axar.az xəbər verir ki, ABŞ-ın Müdafiə naziri Eşton Karter İŞİD liderlərindən olan Hacı İmam ləqəbli Əbd əl-Rəhmən Mustafa
əl-Qadulinin öldürüldüyünü açıqlayıb.
Hacı İmamın İŞİD lideri Bağdadinin köməkçisi olduğu deyilir.
Qeyd edək ki, ABŞ hökuməti Mustafa əl-Qadulinin başına 7 milyon dollar mükafat təyin etmişdi.