İtkin düşən gənc: Üzərimdə pul olmadığı üçün iki qızıl dişimi satdım — FOTO

Balakən rayonunda itkin düşən 30 yaşlı oğlan tapılıb. Rayonun Qullar kənd sakini, 1986-cı il təvəllüdlü Elşən Qurban oğlu Xipiyev martın 24-də axşam saatlarında evinə qayıdıb.

Uluyol.info xəbər verir ki, bu barədə Report-a itkin düşən gəncin özü məlumat verib. O bildirib ki, martın 16-da axşam saatlarında evdən çıxıb: 

"Taksi ilə Zaqatala rayonuna getdim. Üzərimdə pul olmadığı üçün iki qızıl dişimi orada 23 manata satdım. Zaqataladan avtobusla Bakıya yollandım. Getməyimin məqsədi iş axtarmaq idi. Bir həftə ərzində hara getdimsə, iş vermədilər, məni qovdular. Üzərimdə pulum olmadığı üçün yeməyə də bir şey tapmırdım. 

Ac qalmamaq üçün kimdənsə artıq qalan dönər və yaxud da peraşkiləri yeyirdim. İki gün öncə 20 Yanvar dairəsi ətrafında hətta 7-8 nəfər mənə sataşaraq döydülər. Qalmağa yerim olmadığı üçün, gecələr zibilliklərdə yatırdım. Dünən Əli adlı balakənli avtobus şoferi mənə yaxınlaşdı və "Səni efir vasitəsilə axtarırlar” deyə bildirdi. Daha sonra taksi ilə Balakənə yola saldı”.

Qeyd edək ki, Elşən Xipiyev martın 16-da evdən gedib. Xipiyevi tapa bilməyən ailə üzləri televiziya və polis vasitəsilə onu axtarışa veriblər.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300