Göygöl rayon sakini özünü yandırıb

Göygöl rayon sakini Gəncədə özünü yandırıb. APA-nın qərb bürosunun verdiyi

məlumata görə, hadisə Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi

şöbəsinin yaxınlığında qeydə alınıb.



 Göygöl rayon Quşqara kənd sakini, 1970-ci il təvəllüdlü Nəzər
Məmmədəliyev üzərinə benzin tökərək özünü yandırıb. O dərhal Gəncə şəhər
Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. 2-3-cü dərəcəli termiki yanıq diaqnozu
qoyulan N. Məmmədəliyevin vəziyyətinin ağır olduğu bildirilir.
 
İlkin məlumata görə, N. Məmmədəliyevin avtomobilini yol polisi əməkdaşları
cərimə meydançasına aparıblar. O avtomobilinin yanına buraxılmadığına
görə etiraz əlaməti olaraq özünü yandırıb.
 
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300