Gürcüstanda müsəlman əsgərlər üçün ibadət otağı açıldı

Gürcüstanın müdafiə naziri Tina Xidaşeli azərbaycanlıların kompakt yaşadığı Marneulidə yerləşən hərbi hissədə müsəlman əsgərləri üçün ibadət otağının açılışını edib. 



APA-nın məlumatına görə, tədbirdə çıxış edən nazir müsəlman əsgərlərin Novruz bayramını təbrik edib, onlar üçün ibadət otağının açıldığını elan edib. Tina Xidaşeli orduda xidmət edən müsəlman əsgərlərə dini inanc və ibadətlərinin vaxtlı vaxtında yerinə yetirilməsi üçün tam azadlıq verildiyini bildirib.

İbadət otağının açılışında çıxış edən din xadimləri müsəlman əsgərlərə ibadətlərini həyata keçirmək üçün yaratdıqları şərait üçün nazirə təşəkkürlərini bildirib və əsgərlərə xeyir-dua veriblər. Tədbirdə həmçinin Gürcüstan hökumətinin nümayəndələri də iştirak ediblər.

Jurnalistlərə açıqlama verən nazir müsəlman əsgərlərin demokratik ölkənin ordusunda xidmət etdiklərini vurğulayıb: "İndən belə müdafiə nazirliyinin zəmanəti ilə hər bir müsəlman əsgər öz dini inancını və ibadətini tam sərbəstliklə həyata keçirəcək. Bunun üçün lazım olan bütün şərait yaradılıb".

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300