"Rəbbim hər şeyi elmlə ehtiva etmişdir. Məgər düşünüb öyüd-nəsihət qəbul etmirsiniz?” "Quran”, "Davar” surəsi, 80. 

XXI əsrdə dünyada baş verən enerji böhranlarının monitorinqini apararkən çox maraqlı məqamlar üzə çıxdı. Oxucuların marağına səbəb olacağını nəzərə alıb, həmin maraqlı məqamları diqqətinizə çatdırmaq istəyirəm. Belə ki, enerji qəzalarını adi təqvim üzəriində sayarkən onların bir qayda olaraq "Quran”da tövbə və cəza rəmzi olan 555 ədədinə bağlandığını görmək olur.
Əvvəlcə 555 ədədinin mənasını bilmək üçün aşağıdakı bir düsturu təkrar diqqətinizə çatdırıram
"Quran” niyə 114 surədir?

Kainatın dörd cəhətdən, təbiətin dörd fəsildən ibarət olmasını, həmçinin insanın dörd ünsürdən yaranmasını və bu müqəddəs kitabın dördüncü səmavi kitab olmasını nəzərə alıb, "Quran”ın ilk dörd surəsindəki ayəəri cəmləyək:

7 + 286 + 200 + 176 = 669

Qeyd edim ki, bu dörd surə bəşəri dəyərləri mülayimliklə təblig etdiyindən, 669 ədədi də "Quran”da mülayimlik və yaxud bəşəri dəyərlər rəmzi sayılır. 
Bu dəyərlərə əməl etməyənlərin necə cəzalanacağından bəhs edən surələr isə, 9 rəqəmi ilə gəlir (9; 19; 29; …109) və sayı 11 olan bu surələrdəki ayələri cəmləsək, 555 ədədi alınar. Bu ayələrə fikir versək, əsasən sərt ayələrdən ibarət olduğunu və cəzadan bəhs etdiyini görərik.
Elə isə, mülayimlik rəmzi olan 669 ədədindən, sərtlik və cəza rəmzi olan 555 ədədini çıxaq:

669 – 555 = 114

Alınan 114 ədədi "Quran”ın surələrinin sayını göstərir.
Düsturdan məlum olur ki, bu müqəddəs kitabın mahiyyəti bəşəri dəyərlərin təbliğindən və bu dəyərlərə əməl etməyənlərin necə cəzalanacağından ibarətdir:

"Həqiqətən, Rəbbin insanların zülmünə baxmayaraq, onlara qarşı mərhəmət sahibidir. Və şübhəsiz ki, Rəbbinin cəzası da şiddətlidir!” "Quran”, "Göy gurultusu” surəsi, 6.

Düsturdan həm də o məlum olur ki, "Quran”ın 114 surədən və 6.236 (altı min iki yüz otuz altı) ayədən ibarət olması, həmçinin, surələrin və ayərin düzülüşü insan beyninin məhsulu olmayıb, Allahın elmi və iradəsi ilə düzülmüşdür.

Beləliklə, 555 ədədinin "Quran"da tövbə və cəza rəmzi olduğunu anladıqdan sonra, indi qayıdaq dünyada baş verən enerji qəzalarına və onların 555 ədədi ilə təkrarlanmasına.

Məsələn:
1) 13 iyul 2002-ci ildə Azərbaycanda baş ve-rən enerji böhranı bütün ölkəni qaranlığa qərq etmişdi. Həmin gün elm əsri olan XXI əsrin 555-ci (!) günü idi.

2) Azərbaycanda daha bir enerji böhranı 29 yanvar 2006-cı ildə baş vermişdir. Bu böhran da 555 ədədinə bağlanır. Belə ki, həmin gün 5 iyul 2001-ci il tarixli Ay tutulmasının (Ay tutulması "Quran"da qiyamətin, bəlaların xəbərdarlığı kimi göstərilir.) 1665-ci günündür ki, bu da 555 ədədinin üç mislidir:

1665 - 555 - 555 = 555

3) 20 aprel 2006-cı ildə Azərbaycanda baş verən enerli böhranı Bakını qaranlığa qərq etmiş, metro da daxil bütün nəqliyyat və digər mühüm dövlət obyektləri fəaliyyətini dondurmuşdu. Həmin gün 14 oktyabr 2004-cü il tarixli Günəş tutulmasının 555-ci günü idi.

4) Bakıda növbəti enerji böhranı 6 iyul 2006-cı ildə baş verdi. Həmin gün enerjinin kəsilməsi səbəbindən bir çox vacib dövlət strukturları və mühüm obyektlər (PA, MN, ANS, BMT-nin Bakıdakı ofisi və s.) fəaliyyətini dayandırmaq məcburiyyətində qaldılar. Bu böhranın da əvvəlkilərin davamı olduğu və xüsusi qanunauyğunluğa tabe olduğu aşağıdakı hesablamalardan görünür:
- həmin qəza 14 dekabr 2001-ci il tarixli Günəş tutulmasının 1665-ci günü baş verib ki, bu yenə də cəza rəmzi olan 555 ədədinin üç mislidir:

1665 - 555 - 555 = 555

- bu enerji qəzası həmçinin, 24 noyabr 2003 tarixli Günəş tutulmasının 955-ci günü baş verib ki, bundan da "Quran”ın səhifələrinin (286) və surələrinin (114) sayını çıxdıqda yenə də 555 ədədi alınır:

955 – 286 – 114 = 555

5) Yadınıza salım ki, dünyanın diqqətini özünə cəlb edən enerji böhranlarından biri (ən böyüyü) də 2003-cü ilin avqustun 13-də Amerikada baş vermiş və iki dövlət (Amerika və Kanada) bir həftə ərzində qaranlığa qərq olmuşdu. Maraqlıdır ki, həmin gün elm və peyğəmbərlik rəmzi olan XXI əsrin 955-ci günü idi. Elə isə, bundan Quranın səhifələrinin (286) və surələrinin (114) sayını çıxsaq, yenə də tövbə və cəza rəmzi olan 555 ədədi alınır:

955 – 286 – 114 = 555

6) Xəbər verildiyi kimi, 31 mart 2015-ci il tarixdə Türkiyədə enerji böhranı baş vermiş və ölkə gün ərzində qaranlığa qərq olmuşdur.
Hesablamalarımız göstərir ki, bu hadisə də təsadüf olmayıb, "Quran”da qiyamətin əlaməti kimi göstərilən astronomik hadisələrlə əlaqələnir. Bu əlaqə özünü yenə də TÖVBƏ və cəza rəmzi olan 555 ədədi ilə aşkar biruzə verir. Belə ki, Türkiyədəki enerji böhranı: 
- 21 iyul 2001-ci il tarixli Günəş tutulmasının 4995-ci günüdür ki, bunu da "Tövbə” surəsinin rəmzi olan 9-a bölsək, cəza rəmzi olan 555 ədədi alındığını görərik:

4995 : 9 = 555

- Türkiyədə enerji böhranı baş verən gün həmçinin, 28 avqust 2007-ci il tarixdə baş verən Günəş tutulmasının 2775-ci günüdür ki, 5-ə böləndə yenə də 555 ədədi alınır və diqqətimizi yenə də Qurana və cəzadan bəhs edən ayələrə yönəldir:

2775 : 5 = 555

"And olsun ki, Allah bunları hesablamış, və təkrar-təkrar saymışdır" Quran, 19: 94.

Bu faktları və onların sirlərini bildikdən sonra yenə də diqqətinizi təkrar olaraq Azərbaycan ətrafında baş verən və şahidi olsaq da, əhəmiyyət vermədiyimiz enerji hadisələrinə cəlb etmək istəyirəm. 

Mətbuatda yayılmış bir hadisəni yadınıza salım ki, 2014-cü ilin 27 may tarxində Cəlilabadda ildırım hadisəsi baş vermişdi (ildırımın enerji hadisəsi olduğu fizikadan və "Quran"dan bizə məlumdur). Belə ki, tarixdə Cəlilabadda güclü ildırım çaxmış, ölənlər və yaralananlar olmuşdur. 1 iyul 2015-ci il tarixdə isə, Xəzərdə "Günəşli” (!) yatağında enerji müəmmalı şəkildə kəsilmişdir. 3-4 gün transformatorlar dayandığından, neft quyuları ehtiyyat generatorlar vasitəsi ilə işıqlandırılmışdır. 
Bu iki müəmmalı enerji hadisəsi arasında 400 gün fərq vardır ki, bundan yenə də "Quran"ın surələrinin sayını (114) çıxanda, müqəddəs kitabın səhifələrinin sayı (286) alınır və bir daha hadisələrin millətimizə və dövlətimizə Allahdan bir xəbərdarlıq olduğunu görmək olur:

400 – 114 = 286

Hadisələrdə diqqət çəkən daha bir maraqlı məqam Cəlilabad rayonunun beynəlxalq rabitə kodu ilə bağlıdır. Belə ki, həmin vaxt bu rayonun kodu 114 (!) idi ki, bu da "Quran" rəmzi sayılır.

Riyazi yolla Cəlilabad hadisəsinə və "Quran"a bağlanan daha bir hadisə 2015-ci ilin dekabrın 4-də baş verdi. Həmin gün Xəzərdə baş vermiş tufan səbəbindən "Günəşli" (!) yatağında estakadada uçqun və yanğın baş vermiş, nəticədə çoxsaylı insan təlafatı olmuşdur.

Hadisələrdə diqqət çəkən məqam ondan ibarətdir ki, neft daşlarında baş verən fırtına Cəlilabaddakı ildırım hadisəsinin 555-ci (!) günü baş vermişdir  ki, bu ədəd yuxarıda qeyd etdiyim kimi, "Quran”da tövbə və cəza rəmzi  sayılır. 

Beləliklə, Azərbaycanda və dünyada baş verən bu kimi sirli hadisələrin monitorinqi göstərir ki, enerji kəsilmələri əslində yolun azmış və biri-birinə manyakcasına zülm edən, işgəncə verməyi sevən millətlərə və onların zalım rəhbərlərinə Allahdan bir xəbərdarlıqdır:

«Sənin Rəbbin mərkəzlərinə (böyük şəhərlərinə) ayələrimizi oxuyan bir elçi göndərməmiş o şəhərləri məhv etmədi. Biz yalnız əhalisi zalım olan şəhərləri məhv etdik». "Quran”, 28:59

(c) Allahın qulu və carçısı: Paşa Yaqub

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300