d18-savcenko aksiya

Martın 24-də D18 Hərəkatının bir qrup fəalı Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında "Nadejda Savçenkoya azadlıq!” şüarı ilə piket keçirib. Etirazçılar Nadejda Savçenko ilə yanaşı Xədicə İsmayılovanın da şəkillərini qaldırıb.

Ukrayna Ali Radasının deputatı, hərbi pilot Nadejda Savçenko Rusiya-Ukrayna münaqişəsi zamanı saxlanılıb və 22 il həbs cəzasına məhkum edilib. Beynəlxalıq ictimaiyyət Savçenkonun saxlanmasını və uzun müddətə həbsə məhkum edilmnəsini qınayan bəyanatlarla çıxış etməkdədir.

D18 Hərəkatının lideri Ruslan İzzətli səfirliyin giriş qapısı önündə piketin bəyanatını oxuyub:

"D18 Hərəkatı N.Savçenko barəsində məhkəmə prosesini və onun haqqında çıxarılan qanunsuz və əsassız hökmü beynəlxalq hüquq normalarına zidd hesab edərək qətiyyətlə pisləyir. Xanım Savçenkonun məhkəmə zamanı məğrur davranışı, məhkəmədəki son sözü Putin rejiminin mahiyyətini bir daha ortaya qoyur. D18 Hərəkatı Rusiya hakimiyyətindən Nadejda Savçenkonu dərhal azad edilməsini bir daha tələb edir”, bəyanatda qeyd edilir.

D18 Hərəkatı hesab edir ki, demokratik dünya Putinin imperializm siyasətinə susmamalıdır.

"Demokratiya sərhəd məsələsi deyil. Demokratiya harada və kim tərəfindən pozulmasından asılı olmayaraq biz haqq səsimizi hər zaman ucaltmalıyıq. Biz həm Savçenkonun, həm də Xədicə İsmayılovanın şəkillərini qaldırmaqla, demokratiya uğrunda mübarizlərin hamısının həbsdən azad edilməsini tələb etdiyimizi nümayiş etdirdik. Nə qədər ki, Putin rerjimi mövcuddur MDB məkanında demokratiya uğrunda mübarizə asan olmayacaq”, Ruslan İzzətli bildirib.

Rusiya səfirliyindən D18 Hərəkatının bəyanatını qəbul edən olmayıb. Yalnız bir diplomat avtomobilini səfirliyin qapısı önündə dayandıraraq aksiyanı mobil telefonui vasitəsi ilə çəkib.

Əraziyə polis əməkdaşları gəlsə də insident qeydə alınmayıb. (contact.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300