Neftçala bələdiyyəsində özbaşınalıq baş alıb gedir

 

Son vaxtlar Kütləvi İnformasiya Vasitələrindən (KİV) aldığımız məlumata görə, ölkə prezidenti İlham Əliyev cənablarının Şəki şəhərində Ədliyyə işçiləri ilə görüşündə  söylədikləri – "Biz bundan sonra korrupsiya və rüşvətxorluğa qarşı meydanı daraldacagıq” sözlərindən sonra mən də məlum problemlə bağlı öz köməyimi göstərməyi  lazım bilirəm və ümid edirəm ki, haqq öz yerini tapacaq.

Bundan sonra mənim kimi zavallıların başına oyun açılmayacaq.

2007 il ilin noyabr ayında mülkiyyətimdə olan 600 kv.metr ölçüdə torpaq sahəm üçün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) -nin 13 Saylı Ərazi İdarəsindən çıxarış almaq istədim. Bununla əlaqədar bu qurumun Neftçala rayon şöbəsinin müdiri Miriyev Lətifağa Aslan oğluna müraciət etdim. Lətifağa "müəllim” məndən 700 manat nəqd pul alaraq çıxarışı verəcəyini bəyan etdi. Mən həmin məbləğdən şübhələnərək başqa qurumlardan öyrəndim ki, çıxarış üçün rüsumun məbləgi cəmi 158 ( yüz əlli səkkiz manat) təşkil edir.

Pulun artığını Lətifağa "müəllim”dən tələb etdikdə  o mənə bildirdi ki, mənim Respublika Prezidentindən tutmuş, hüquq mühafizə orqanlarına kimi heç kəsdən qorxum yoxdu.

O bildirdi ki, mənim arxamda ƏMDK-nin sədri Kərəm Həsənov kimi nəhəng dayanır və mən onun üçün işləyirəm. Mən, 17 sentyabr 2015-ci il tarixində prezident İlham Əliyevə,  Baş nazir Artur Rəsizadəyə, Baş prokuror Zakir Qaralova, ƏMDK-nin sədri  Kərəm Həsənova tutarlı faktların qeyd olunduğu ərizəm ilə müraciət etsəm də, heç bir fayda olmamışdır.

Məndən alınmış 700 manat "rüşvət” bu gün də ƏMDK-nin DƏDRX-nin 13 saylı Ərazi İdarəsinin Neftçala rayon şöbəsinin müdiri Miriyev Lətifağa Aslan oğlunun cibində yatır.

Görəsən, Miriyev Lətifağa Aslan oğlu və ona arxa duranların belə "fərdi” qaydada davranmaqlarının səbəbi nədir və bizim cəmiyyəti "korrupsiya və rüşvətxorluq” bəlası hardan hədələyir? Kimdir Neftçala rayonu ərazisində "korrupsiya və rüşvətxorluq” səhnəsində at oynadan bu cənablar?…

Əvvəlcə ata Miriyevdən başlayaraq…

70-ci illərdə Aslan Miriyev "Küragzı nərəbalığı artırma zavodu”na müdir təyin edildikdən sonra bu sənətə ("korrupsiya və rüşvət”)  yiyələnməyə başladı. O zaman onunla bir müəssisədə çalışan agsaqqalların dediyi kimi qısa müddət ərzində bu sahədə ixtisaslaşaraq rayonun gəlirli sahələrindən biri olan "5 saylı B alıq Nəzarəti Müfəttişliyi”nə müdir təyin olundu. O zamankı Sovet sisteminin çürüməkdə olan aparıcı qüvvəsi, KP-nın sıralarına daxil olub Kommunist Partiyası bileti ilə maskalanan bu şəxs, bəziləri indi də yaşayan balıqçılardan (brakonerlərdən) aylıq haqq (rüşvət) toplamaqla məşgul oldu. Toplanan haqq (rüşvət) hər ayın sonunda cəmlənərək onun bir hissəsi yuxarıdakı "dayılara” ötürülürdü (korrupsiya).

Azərbaycan müstəqil olduqdan sonra  Oryad Nohur Balıqçılığı Təsərrüfatına rəhbərlik edən bu "kadr” ın müəssisənin əmlakının dağıdılaraq onun süquta uğramasında boyük rolu olmuşdur. Vaxtilə yiyələndiyi "sənətin” sayəsində ugurlu "naliyyətlər” əldə edən Aslan Miriyev topladığı sərvət hesabına bu gün yağlı vəzifələrdə oturan ogullarını yetişdirmiş və öz ”sənətinin” sirrlərini öyrətmişdir.

Böyük oğul…

– Azər Miriyev atanın sərvəti hesabına ali təhsilini başa vuraraq o zamankı Sovet vergi sistemində özünə yer edərək, sonralar müstəqillik dovrümüzdə cənub regionlarına xidmət edən Vergilər İdarəsinə başçılıq etmişdir. Atadan öyrəndiyi "sənəti” daha da təkmilləşdirərək indi ƏMDK-nə rəhbərlik edən Kərəm Həsənov cənablarının Cənub bölgəsində yerləşən, sayı bilinməyən obyektlərini dövlət burdəcinə ödənilən vergidən yayındıraraq  onunla işbirliyinə nail olub qardaşı Lətifağa Miriyevi bu quruma yerləşdirmişdir.

Digər oğul…

Yalçın Miriyev atadan miras qalan sənətin sayəsində qardaşı Azərin 5 saylı Ərazi Vergilər İdarəısinə başçılıq edən zaman  Neftçala rayonunun İdman və Gənclər sahəsini ələ keçirərək bu gün də oradan özü üçün böyük faydalar əldə etməklə məşguldur. Vaxtıilə idman sahəsində böyük naliyyətlərə, uğurlara imza atan rayonda, indi idman bu şəxsin yarıtmaz fəaliyyəti nəticəsində tənəzzüldədir.

Fikrimcə adi gözlə müşahidə olunan bu fakt nə rayon İHB-nın, nə də İdman nazirliyinin gözündən yayınmalı deyildi. Qəribə burasındadır ki, 1967-1972-ci illərdə anadan olmuş bu oğullar vətənin üstünü qara buludlar alan zaman (erməni təcavüzü) harada idilər, hansı kol-kos dalında gizlənmişdilər. Bu gün hansı haqq və hüquqla rayonda yağlı vəzifələr tutmaqdadırlar?

Yüzlərlə, minlərlə qeyrətli  azəri oğulları öz canlarını Respublikamızın ərazi bütövlüyü uğrunda fəda edəndə bu "sənətkar”lar harada idilər?

Bu gün ƏMDK-nin yüksək vəzifə sahibləri ilə əlaqə yarartmış Lətifağa müəllim öz vəzifəsindən və arxalarının dəstəyindən ”sənətkarcasına” istifadə edərək rayonun istirahət zonası sayılan Şirvan kəndi ərazisindən xeyli torpaq sahələrini özü və yaxınları üçün əldə edərək firəvan həyat surməkdədir.

Yaxın günlərdə uzun müddətdir ki, Neftçala rayonu ərazisində at oynadıb "korrupsiya və rüşvət” sənətinə məharətlə yiyələnmiş Miriyevlər sülaləsi haqqında daha geniş məlumat verəcəyik.

Neftçala şəhəri A.Cəfərov küç. Ev.1. mənzil 11 Cəfərov Qadir Babacan oğlu…

Bizimxeber.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300