”Özümlə müsahibə-2" 

-Sən çox qəribə adamsan.


-Mənə "adam" demə.

 

 -Hıhh..Nə deyim bəs?!

 

-Nəbilim. Məsələn,"insan" deyə bilərsən.

 

-Adam və ya insan,nəsə fərqi var,bəyəm?!

 

-Var. Hər kəs dünyaya adam olaraq gəlir. Daha sonra adamlar pis və yaxşı olaraq iki yerə bölünür. Pislər adamdır,yaxşılar isə insan.

 

-İndi sən yaxşısan?!

 

-Adamlara nisbətən,hə.

 

-Sən niyə belə oldun?!

 

-Əvvəl necə idim ki?!

 

-Suala sual ilə cavab vermə.

 

-O zaman səndə sual cümləsini qeyri-müəyyən nöqtə buraxmadan qur.

 

-Nəysə. Hansı rəngləri xoşlayırsan?

 

-Qara və boz.

 

-Niyə məhz,qara və boz?

 

-Çünki,o rənglər-bədbəxt rənglərdir.

 

-Səncanun,bəsdir,güldürmə məni. Rəngin də xoşbəxti,bədbəxti olur?

 

-Olur,rənglər də insanlar kimidir. Bəzi insanların peşələri elədirki,onların peşələri ancaq və ancaq şər,cinayət,narazıçılıq və s. Bu kimi mənfi xarakterli olaylarda istifadə olunur.

 

-Məsələn?

 

-Mürdəşir-kimsə ölməsə mürdəşirə işi düşən olar? Onu heç adam yerinə də qoymazlar. Ümumiyyətlə,elə peşə olmaz,yəni. Müəyyən,ehtiyacı qarşılayır,lakin həmişə mənfi səhnələrdə epizodik obraz canlandırır. Hakim-biri o birini öldürməsə,biri digərindən narazıolmasa,biri başqasından şikayət etməsə və s. Bu peşə sahibinə lüzum olarmı?! Xeyr! Həmişə,neqativ olaylardadır. Bax,bu insanlar da bədbəxt insanlardır,bu peşələr də.

 

-Bəs rənglər?

 

-Qara və boz. Bir dəfə hər hansı şad gündə,məclisdə,ziyafət məclislərində və s. Qara və ya boz rəngdə hər hansı bəzək görmüsən? Görə bilməzsən. Çünki,bu rənglər şər,yas deyəndə yada düşür. Heç qırmızı rəngdə başdaşı görmüsən?! Hamısı ya qara mərmərdəndir,ya da boz daşdan. Yas mərasimlərində narıncı şal bağlayan görmüsən?! Hamı ya qara paltardadır,ya da boz. Bir xoşgündə yada düşülməz bu rənglər. Bütün pis deyimlərdə adları hallanar. Ona görə də bədbəxt rənglərdir,bu rənglər.

 

-Bayaq bədbəxt peşələrdən danışdın,səncə ən xoşbəxt peşə hansıdır,bəs?

 

-Məncə,ən və ən xoşbəxt peşə rəssamlıqdır. Məsələn,yazıçılıq. Düşüncənə,təxəyyülünə bir şeylər gəlir və ya ordan keçir. Sən onları söz şəklinə çevirib vərəqə köçürməlisən. Bu isə qəliz və mürəkkəb məsələdir. Hələ üstəlik onlara bir az bəzək də vurmalısan,indi sadə və loru dildə yazılanları bəyənmirlər,bayağı deyirlər. İnsan beyini komputer deyil ki,düşüncədən qəbul edilən informasiyanı göz qırpımın da sıfırlara və birlərə,ordan da müvafiq dilə çevirib təqdim etsin. Hər şeyi düşündüyün tərzdə vərəqə köçürə bilmirsən. Lakin,rəssamlıq elə deyil. Düşüncəndə,təsəvvüründə nə varsa,onu olduğu kimi vərəqə köçürmək imkanına sahibsən. Az öncə düşüncəndə mücərrəd şəkildə canlanan kölgə,artıq konkret şəkildə önündədir. Gözəl deyil mi?! Bu ən gözəllikdir,məncə. Yazılarınla otağının divarlarını bəzəyə bilmirsən,amma rəsmlərlə bəzəyə bilirsən. Qonaqlarına yazdığın yazını oxumağa cürət etmirsən,sıxıla bilər deyə qorxursan. Çox adam heç yazıçı olduğunu da bilmir. Lakin,rəssamsansa,hər bir şəxs evinə girdiyi an sənin sənətini anlar və əsərlərini görər. Səninlə bir sənət adamıolaraq danışar. Yoxsaki,yazıçılıq. İnsanı adam yerinə də qoymurlar.

 

-Valla,nə deyim. Səncə,insan öləndən sonra nə edəcək?

 

-Ölüm həyatdakı son icradır.

 

-Yəni öləndən sonra yaşam yoxdur?

 

-Əlbəttəki,xeyr.

 

-O zaman bu dünyanın anlamı nədir ki?

 

-Sən necə də bədbəxt varlıqsan. Eyni zamanda da hərissən,yaşamaq hərisi. Gör nə qədər hərissənki,bu dünyadakı yaşayışından doymursan,hələ bu az imiş kimi öləndən sonra da yaşamaq istəyirsən və gör nə qədər bədbəxtsənki,bütün zövqlərin,hislərin,yaşantıların,gözəlliklərin,duyğuların,insanların,heyvanların,cisimlərin,

maddələrin,yazıların,hikmətlərin,sirlərin və s.-in olduğu bu dünyanın mənasını digər dünyanın varlığında görürsən. Ümumiyyətlə,sən-kalori məsrəfisən. Otağımı tərk et!

 

İnqilab Naseh

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300