Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri üzərində iş gedir.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin
sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib: "Hazırda səfər üzərində iş gedir.
Səfərin tarixi və müzakirə olunacaq məsələlər Azərbaycan tərəfi ilə dəqiqləşdirilir.
Dəqiqləşmə aparılandan sonra əlavə məlumat veriləcək".