Jurnalist İzolda Ağayevanın ölkədən çıxışına qadağa qoyulubJurnalist Meydan TV ilə əməkdaşlıqda günahlandırılır

Müstəqil jurnalist İzolda Ağayevanın ölkədən çıxışına qadağa qoyulub. Bu barədə Meydan TV -yə jurnalistin özü məlumat verib. Onun sözlərinə görə, martın 21-də Türkiyəyə gedərkən sərhəddən buraxılmayıb: 

"İlk dəfə ötən ilin sentyabrında Ukraynadan qayıdanda, hava limanında adımın qarşısında "Stop" olduğunu öyrəndim. O vaxtdan bəri, dünən-martın 21-də ilk dəfə ölkədən çıxmağa cəhd etdim. Amma Dövlət Sərhəd Xidmətinin əməkdaşları ölkədən çıxışıma qadağa olduğunu dedilər. Qadağanın hansı qurum tərəfindən qoyulduğunu soruşdum. Dedilər ki, bunu özünüz yaxşı bilərsiniz. Bizim demək hüququmuz yoxdur. DİN-ə və DSX-ya müraciət edin, səbəbi öyrənin. Bu ilin mart ayında magistratura təhsilimlə bağlı, Türkiyədə imtahan vermək üçün qeydiyyatdan keçmişdim. Ölkədən çıxışıma qadağanın əsl səbəbinin mənə aydın olan hissəsi müstəqil jurnalist kimi, Meydan Tv ilə olan əməkdaşlığımdır. Bu qadağanın heç bir hüquqi əsası olmadığını bilirəm. Ona görə də vəkilimlə danışmışam. Məhkəməyə müraciət edəcəm."

Bir neçə gün əvvəl Meydan TV ilə əməkdaşlıq etdiyi üçün müstəqil jurnalist Gülər Mehdizadənin də ölkədən çıxışına qadağa qoyulduğu məlum olmuşdu .

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300