fransa

Fransa hökuməti Novruz bayramı ərəfəsində Azərbaycanda 148 məhkumun (jurnalistlər, siyasi fəallar və QHT üzvləri daxil olmaqla) əfv edilməsini alqışlayıb.

"Ümid edirik ki, bu jest öz siyasi fəaliyyətinə görə həbsdə olan və ya şərti cəza alan digər şəxslərin də azadlığa buraxılması ilə müşayiət olunacaq və bu, qanunçuluğun möhkəmləndirilməsi istiqamətində ümumi hərəkata xidmət edəcək”, Fransanın Bakıdakı səfirliyinin məlumatında deyilir.

Xatırladaq ki, martın 17-də Azərbaycan prezidenti 148 məhkumu, o cümlədən siyasi məhbus kimi tanınan 14 nəfəri əfv edib. Bundan başqa, jurnalist Rauf Mirqədirov Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. Onun real cəzaçəkmə müddəti şərti cəza ilə əvəzlənib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300