Dünyanın bir sıra ölkələrini təhlükə qarşısında qoyan Zika virusu ilk dəfə Banqladeşdə aşkarlanıb.


Bu barədə Banqladeşin rəsmi xəbər agentliyi məlumat yayıb.

 

Bu ölkənin səhiyyə naziri Zahid Malik jurnalistlərə açıqlamasında virusun 67 yaşlı kişidə aşkarlandığını deyib.

 

Nazir həmin şəxsin nəzarət altında olduğu və vəziyyətinin normal dəyərləndirildiyini bildirib.

 

Bu ölkənin Yoluxucu Xəstəliklərə qarşı Mübarizə vəAraşdırma Mərkəzinin rəhbəri Mahmudar Rəhman Zika virusu aşkarlanan şəxsin ölkənin cənubunda yaşadığını və bu vaxta qədər xarici ölkəyə səfər etmədiyini açıqlayıb.

 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son həftələr Braziliya, Kolumbiya,Salvador və Venesuela kimi ölkələrdə virusa yoluxma halları artıb. Ötən ilin may ayında ilk dəfə Braziliyada aşkarlanan Zika virusu ağcaqanadlar vasitəsilə yayılır. Artıq bütün Amerika qitəsi ölkələrində virusa yoluxma halı qeydə alınıb.(publika.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300