esabeli_1

Məhkəmə hökmü qüvvəyə minmədən dustaqlar CÇM-nə köçürülüb

Tanınmış vəkil Əsabəli Mustafayev Ədliyyə sistemindəki daha bir biabırçılıq barədə məlumat yayıb. O, müdafiə etdiyi şəxlərin qanunsuz olaraq cəzaçəkmə müəsissəsinə köçürülməsi  barədə öz feyzbuk səhifəsində  qeydini paylaşıb:

"İndicə məlumat aldım ki, müdafiə etdiyim 4 nəfər "nurçu”nu istintaq təcridxanasından cəzaçəkmə müəssəsinə göndəriblər. Halbuki bu adamlar barəsində hökm hələ qanuni qüvvəyə minməyib, apellyasiya instansiyasındadır. İndi Ədliyyə Nazirliyi və istintaq təcridxanası ilə telefonla danışdım. Deyirlər ki, dustaqları saxlamağa yer çatışmayır, ona görə göndəririk cəzaçəkmə müəssəsinə. Bu tutulan şəxslər yalnız dini məzmunlu kitablar oxuduqları üçün məhkum olunublar. İnsanlar heç bir cinayət etmədikləri halda məhkum olunurlar, sonra da kamera çatışmayır, yenə qanunu pozaraq onları hökm qüvvəyə minməmiş cəzaçəkmə müəssəsinə göndərirlər. Bu adamlar barəsində həbs qətimkan tədbirinin qanunsuzluğu barədə ərizələr artıq Avropa Məhkəməsindədir.İndi də hökm qüvvəyə minməmiş icra edilməsi barədə şikayət göndəriləcək.”

Vəkil həmçinin bu qanunsuz əməldən məhkəməyə şikayət edəcəyini də vurğulayıb.

"Bayramlardan sonra da penitensiar xidməti məhkəməyə verməli olacağam. Bu orqanlar vəkili bir az asudə qalmağa imkan vermir ki, vermir”,- deyə tanınmış vəkil bildirib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300