AFFA İntizam Komitəsi (İK) I Divizionun XVIII turunun "Şahdağ” – "Ağsu” oyununda baş verən hadisələrə hüquqi qiymət verib. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, İK hər iki kluba cəza yağdırıb.

 

Qarşılaşmanın 83-cü dəqiqəsində hakim "Ağsu"nun qapısına 11 metrlik zərbə təyin edib və Ruslan Həsənovu sonuncu ümid fouluna görə meydandan kənarlaşdırıb. Cəzalanan futbolçu meydanı tərk etməmiş hakim rəqib komandaya zərbəni vurmağa icazə verib və  və zərbə qolla nəticələnib.

 

Bundan sonra "Ağsu"nun inzibatçısı Ənvər Hacıyev tribunadan meydana daxil olaraq hakimə etirazını bildirib, o isə öz növbəsində  zərbənin yenidən vurulması qərarını qəbul edib. "Şahdağ"ın oyunçusu ikinci cəhddə topu qapıdan keçirə bilməyib və "Ağsu"nun üzvü Bəhram Bəhramzadə əllərini havaya qaldıraraq sevinib. "Şahdağ"lı Şıxqayıb Şıxqayıbov isə ona hücum edərək azarkeşlərin meydana daxil olmasına və oyunda fasilə yaranmasına səbəb olub. Matç isə sona kimi oynanılıb.

 

İK oyunun videoyazısını izlədikdən sonra aşağıdakı qərarları qəbul edib;

- "Şahdağ"ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat məbləğində cərimə olunub.

- 83-cü dəqiqədə "Ağsu"lu Ruslan Həsənov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

- Görüşün 87-ci dəqiqəsində "Ağsu"nun futbolçusu Bəhram Bəhramzadəyə qeyri-etik jestə görə göstərilən qırmızı vərəqə ləğv edilib.

- "Şahdağ"ın oyunçusu Şıxqayıb Şıxqayıbov rəqibə qarşı sərt davranışa və baş vermiş hadisənin əsas səbəbkarı olmasına görə, 12 aylıq yarışlardan kənarlaşdırılıb, klub 1500 manat cərimə olunub.

- "Ağsu"nun inzibatçısı Ənvər Hacıyev (oyunun hakimi səhvən protokolda texniki zonada əyləşən klubun digər inzibatçısı Aqil Sarıyevin adını yazıb)  baş vermiş hadisənin əsas səbəbkarlarından biri olmasına görə, 12 aylıq yarışlardan kənarlaşdırılıb, klub 1500 manat cərimə olunub.

- Oyun zamanı təhlükəsizlik tam təmin olunmadığına görə, meydan sahibi 500 manat cərimə olunub.

- PFL baş vermiş hadisə ilə bağlı görüşdə təhlükəsizliyə birbaşa cavabdeh olan dövlət qrumuna təhlükəsizlik tədbirlərinin daha yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı müraciət etsin.

- Hakimlərin idarəçiliyinə Hakimlər Komitəsi baxsın və İntizam Komitəsinə məlumat  versin.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300