Aİ və Türkiyə vizasız rejimə keçirlər

Avropa İttifaqı ilə Türkiyə arasında viza rejimi iyulun 1-dən ləğv olunacaq

Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasında viza rejiminin aradan qaldırılmasına dair qərar bu il iyulun 1-dən qüvvəyə minəcək.

APA-nın məlumatına görə, bu barədə "Bloomberg” agentliyinə açıqlamasında Türkiyə Xarici İşlər Nazirliyinin adının açıqlanmasını istəməyən yüksək vəzifəli əməkdaşı bildirib. 

Qeyd edək ki, bir neçə gün əvvəl Brüsseldə keçirilən Aİ-Türkiyə sammitindən sonra Türkiyənin baş naziri Əhməd Davudoğlu viza rejiminin iyunun sonunadək ləğv ediləcəyi barədə açıqlama vermişdi.

"İyunun sonunadək, Niderlandın sədrliyinin başa çatmasınadək, viza rejiminin ləğvi üzrə proses bitəcək”, - deyə Ə. Davudoğlu bildirmişdi.

Bununla belə, Fransa prezidenti Fransua Olland qeyd etmişdi ki, qərarın qəbul olunması Türkiyənin Aİ tərəfindən irəli sürdüyü 72 öhdəliyin yerinə yetirilməsindən asılıdır.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300