Jurnalistin ölkədən çıxışına qadağa qoyulubMüstəqil jurnalist Gülər Mehdizadənin ölkədən çıxışına qadağa qoyulub. Bu barədə Meydan TV -yə jurnalistin özü məlumat verib. Onun sözlərinə görə, martın 19-da Türkiyəyə gedərkən sərhəddən buraxılmayıb: "Çıxışıma hansı səbəbdən qadağa qoyulduğunu izah etmədilər. Bir müddət öncə də Gürcüstana gedərkən sərhəddən geri qaytarmışdılar. Sonra vergi fəaliyyətimi yoxlamağa başladılar. Əsasən Meydan TV ilə əməkdaşlıq etməyimlə, oradan aldığım pulla maraqlandılar. Bildirdim ki, mən Meydan TV ilə əməkdaşlıq etməmişəm. Yalnız başqa media orqanlarına, şəxsi bloquma yazdığım bir neçə yazı istinadla orada dərc olunub. Bundan başqa, məni heç Meydan TV ilə bağlı istintaqa da çağırmayıblar. Belə olan halda hansı əsasla ölkədın çıxışıma qadağa qoyulub?”

Jurnalist səfərə çıxmazdan öncə Respublika Prokurorluğu ilə əlaqə saxlayıb. Ona "məsələni vergi müfəttişinə deyin, problem olmayacaq” cavabı verilib. Ancaq yenə də sərhəddən buraxılmayıb.

Gülər Mehdizadə əlaqədar qurumlara sorğu göndərdiyini, əgər problemi həll olunmazsa, məhkəməyə üz tutacağını deyir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300