Qazaxıstan parlamentinə üç siyasi partiya keçdi
Qazaxıstanda milli parlament Məclisinə (aşağı palata) keçirilən növbədənkənar seçkilərin nəticələrinə əsasən ali qanunvericilik orqanında üç siyasi partiya təmsil olunacaq.

"Report" "Gazeta.Ru"-ya istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə əsasən, hakim "Nur Otan” partiyası 82, 15 faiz, "Ak jol” demokratik partiyasi 7,18 faiz, kommunist partiyası isə 7, 14 faiz səs toplayıb.

Seçkilərdə seçicilərin 75 faizdən çoxu iştirak edib.

Qeyd edək ki, ölkədə 9840 seçki məntəqəsi fəaliyyət göstərib. Seçici siyahılarına 9 milyon 791 min nəfərin adı daxil olunub.

Aşağı palatada 98 yer (partiya siyahıları üzrə) uğrunda Prezident Nursultan Nazarbayevin rəhbərlik etdiyi "Nur Otan” partiyası da daxil olmaqla, 6 siyasi partiya mübarizə aparıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300