teorem

1994-cü ildə Andrew Wiles adlı riyaziyyatçı 300 ildir ki, alimləri girinc etmiş Fermat Teoremini həll etməklə bütün riyaziyyat aləmini şoka salmışdı.

Bu günlərdə Oxford Universitetinin 62 yaşlı həmin professoru bu inanılmaz uğuruna görə Norveç Elmlər Akademiyasının nüfuzlu Abel mükafatına layiq görülüb.

Nobel mükafatına bərabər tutulan bu mükafatı Andrew Wilesə Osloda İsveç şahzadəsi Haakon 700 min dollarlıq çeklə birgə təqdim edəcək.

Abel Komitəsi bu nailiyyəti "riyaziyyat elmi üçün yeni dövrün başlanğıcı” adlandırıb. Komitə bildirib ki, Wiles çox az riyaziyyatçılardan biri, bəlkə də birincisidir ki, qazandığı uğur beynəlxalq xəbər başlıqları sırasına çıxıb.

Riyaziyyat sahəsində ən nüfuzlu mükafata layiq görülməsinə Wiles-ın ilk reaksiyası belə olub: "Abel mükafatı alaraq, bu sahəyə əvəzsiz töhfələr vermiş əvvəlki laureatlara qoşulmaq mənim üçün böyük şərəfdir. Fermat teoremi uşaqlıqdan məni çox həyəcanlandıran məsələlərdən olub. Həmişə ümid etmişəm ki, bir neçə əsr tarixi olan bu problemi həll etməklə bir çox gənci bu gözəl və ecazkar fənlə məşğul olmağa həvəsləndirim”.

Wiles-ın isbat etdiyi teoremi 1637-ci ildə fransız riyaziyyatçı Pierre de Fermat tərtib edib. Teoremdə deyilirdi: İxtiyari natural n > 2 ədədi üçün xⁿ + yⁿ = zⁿ tənliyinin natural x,y и z həlləri yoxdur.

BU TƏNLİKLƏ 10 YAŞINDAN MARAQLANIB

CNN-in məlumatına görə, Wiles 10 yaşından bu tənliklə maraqlanmağa və gününü kitabxanalarda keçirməyə başlayıb. "O vaxtdan ürəyimə dammışdı ki, bunun həllini tapacağam. Sadəcə məni heyran edən o idi ki, teorem 10 yaşlı uşağın belə asanlıqla başa düşə bildiyi bir problem olsa da, onun həllini tapmaq bir o qədər müşkül idi”. Wiles Guardian-a belə deyib. Onun sözlərinə görə, bir ara kollecə gedəndə tənliyin cavabını tapdığını da düşünüb. Ancaq sonra cavabının yanlış olduğunu anlayıb.

Wiles Princeton Universitetində işləyərkən düz 7 il teoremin həlli üzərində gizlicə çalışıb. Nəhayət, 90-cı illərin əvvəllərində onun isbatını tapıb. Bununla da öz sahəsində yeni eranın başlanğıcını qoyub. Buna görə riyaziyyat elmi üzrə ən böyük mükafata layiq görülmüş Wiles deyir:

"İnsan belə böyük nailiyyət qazandığı anı heç vaxt unuda bilməz. Axı həyatın mənası elə budur”.

(azadliq.org)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300