Dövlət səviyyəsində daha bir Novruz bayramını qarşıladıq. Yaşı xalqımızın, düşüncəmizin tarixi qədər ölçülən Novruza ilk rəsmi qiyməti 1918-20-ci illərdə mövcud olan və hazırkı Müstəqil Azərbaycan Respublikasının sələfi olan Azərbaycan Xalq Cumhuriyyəti verib. 1919-cu il martın 19-da  AXC parlamentində "Novruz bayramı münasibətilə hökumət məmurlarına müavinəti-nəqdiyyə verilməsi haqqında” qanun əslində Novruzun rəsmiləşdirilməsindən başqa bir şey deyildi.

Uluyol.info Moderator.az -a istinadən həmin qanunla bağlı məlumatı təqdim edir:

Azərbaycan Xalq Cumhuriyyəti dövründə Novruz bayramını yüksək səviyyədə keçirilməsini təmin edən hüquqi sənəd imzalanıb.

Sənəd AXC parlamenti tərəfindən 1919-cu il martın 19-da qəbul edildi. Rusiya əsarəti zamanı Novruz bayramı rəsmən qeyd olunmurdu. AXC hökuməti Novruzun keçirilməsinə böyük önəm verərək, bu məqsədlə 1919-cu il fevralın 18-də bayram münasibətilə müavinət verilməsi barədə parlamentə qanun layihəsi təqdim etdi. Qanun layihəsi parlamentin 17 mart iclasında müzakirə olundu. Müzakirədə AXC fədailəri – Əhməd bəy Pepinov, Ağa Aşurov, Xudadat bəy Məlikaslanov, Mustafa Vəkilov və ən nəhayət böyük Rəsulzadənin özü də çıxış etdi. Layihə səs çoxluğu ilə qəbul edildi. Qanuna əsasən hökumət məmurları əmək haqlarına görə üç kateqoriyaya bölünərək, onlara məvaciblərinin 40-70 faizi qədər müavinət verilməsi qərara alındı. Bu qərara əsasən  hökumət nazirləri, onların müavinləri və işlər idarələrinin rəislərinin maaşları iki dəfə artırıldı.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300