"Fənərbaxça" rəhbərliyi "Braqa”yla Avropa Liqası matçında (1:4) qırmızı vərəqə görən futbolçularla bağlı qərarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi "Braqa”ya oyunda meydandan qovulan Mehmet Topal və Alper Potukla bağlı hansısa qərar qəbul etməyib.

 

Amma matçın baş hakiminə fiziki təzyiq göstərən Volkan Şənin cəzası yetərincə ağır olub. Belə ki, "Fənər” rəhbərliyi hakimə hücum etdiyi üçün meydandan qovulan Şəni 50 min dollar cərimə edib.

 

Volkanın UEFA tərəfindən də ağır cəzalandırılacağı gözlənilir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300