1458459259

ABŞ prezidenti Barak Obama Novruz Bayramını qeyd edən bütün Amerika vətəndaşlarını təbrik edib. O, təbrikində baharın gəlişi münasibətilə bu bayramı qeyd edən bütün dünya xalqlarına da təbrikini çatdırıb.
"ABŞ və dünya boyu Novruzu qeyd edən hamının Novruzu Mübarək! Həmişə olduğu kimi bu il də biz Novruzu Ağ Evdə qeyd edəcəyik. Bizim də süfrəmizdə balıqlı səbzi plov olacaq. Bəlkə düyü çörəyi də oldu” – ABŞ prezidenti 4 dəqiqəlik təbrik mesajına belə başlayıb.
Barak Obama çıxışının böyük hissəsini Novruzu qeyd edən xalqlardan biri olan İran əhalisinə həsr edərək bildirib ki, son bir neçə ildə hər Novruz bayramında iranlılarla amerikalılar arasında yeni pəncərənin açılması imkanlarından danışıb. Onun sözlərinə görə, nüvə razılığının əldə olunması isə, bu pəncərənin açılmasına real imkan yaranıb.
Obama təbriki zamanı azəbaycanlıların yaşadığı Təbriz şəhərinin adını da qeyd edib. O, deyib ki, nüvə razılığı fonunda açılacaq yeni pəncərə səbəbilə çoxsaylı amerikalı İranın Şiraz, Təbriz və İsfahan kimi görməli yerlərini ziyarət etmək imkanı əldə edəcək.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300