Göyərtəsində 6600 avtomat və patronlarla yüklənmiş təyyarə Çexiyanın Paribitse şəhərindən Bağdada yola düşüb. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yardım Çexiya hökuməti tərəfindən İraqa İŞİD-lə mübarizəyə yardım məqsədi ilə ayrılıb.

 

Məlumata görə, ötən il Çexiyadan İraqa 500 ton silah-sursat göndərilib.

 

Bundan başqa, mayda İraqa 30 çexiyalı avia təlimatçısı göndəriləcək. Onlar yerli pilotlara "L-159” hərbi təyyarələrinin idarə edilməsinə dair təlim keçəcəklər.

 

Qeyd edək ki, Çexiya  İraqa 15 bu tip təyyarə satıb. Onlardan ikisi artıq Balad şəhərinin aviabazasına göndərilib.    

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300